BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənistanın Azərbaycana ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Ermənistanın başladığı ədalətsiz müharibə nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olundu. Beynəlxalq təşkilatların, bu sıradan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistan regionda status-kvonu saxlamaq istəyirdi. Azərbaycan buna imkan vermədi. Bu səbəbdən Azərbaycan ictimaiyyəti öz doğma dədə-baba torpaqlarını işğaldan azad etmək üçün müharibəyə də hazır idi.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri genişmiqyaslı təxribatlar törətmək məqsədilə işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücum etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə başlanan əks-hücum əməliyyatı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Məğlubiyyətlə barışmaq istəməyən Ermənistanda revanşist siyasət manipulyasiya vasitəsinə çevrildi. Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən işğalçı dövlətdə müəyyən qüvvələrin təhriki ilə siyasi vəziyyəti hərbi vəziyyətlə əvəzləmə meyl indi də güclənməkdədir. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın revanşist niyyətindən əl çəkmədiyinin təsdiqidir. Bu niyyət təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükə yaradır. Belə niyyətlər onu da təsdiqləyir ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaradılması destruktiv qüvvələrin ürəyincə deyil. Digər tərəfdən, hadisələr onu göstərir ki, Ermənistan regionda gərginliyi davam etdirməkdə maraqlıdır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.O qeyd edib ki, Ermənistan işğalçı dövlət olduğunu Azərbaycana qarşı yürütdüyü siyasətlə təsdiqləyir. Ermənistan dünyada həm hərbi cinayətkar, həm də terrorçu ölkə kimi tanıdılmalıdır. Mina xəritələrinin verilməməsi də erməni ideologiyasına və niyyətinə hesablanıb. Rəsmi İrəvan mina xəritə-lərini vermirsə və bəşəri ideyalara zidd hərəkət edirsə, çox ciddi səviyyədə qınanmalı, həmçinin hüquqi məsuliyyətə cəlb edilməlidir.S.Xasayevanın sözlərinə görə, Ermənistan belə təxribatlarla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına çalışır. Bu baxımdan Er-mənistanın “forpost” ölkəsi statusu yenə də aktuallaşır. Bunun nəticəsidir ki, rəsmi İrəvanın hərbi təxribatları regionda yeni münaqişə və terror aktları ehtimalını artırır. Sentyabrın 12-13-də baş verən təxribatlar təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçündür.“Bu il iyunun 27-də Prezident İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında dediyi kimi bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir. Son hərbi təxribatlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyətə malikdir.Sentyabrın 12-13-də baş verən təxribatlar ATƏT-in Minsk qrupunu dirçəltmək, yenidən tarix arenasına çıxarmaq istəyinin təzahürüdür. Bu təxribat həm də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Azərbaycana qarşı təzyiqlərin artırılmasına hesablanmışdı. Ancaq düşmənin niyyəti puça çıxdı. Əksinə, Səmərqənd sammitinin nəticələri göstərdi ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri bundan sonra daha da güclənəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər