BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlumat verildiyi kimi, sentyabrın 12-16-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib. ANAMA ilə yanaşı, nümayəndə heyətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları daxil olub.AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Nyu-York şəhərində BMT-nin mənzil-qərargahında təşkilatın katibliyinin yüksəkrütbəli rəsmiləri, o cümlədən Mina Fəaliyyəti Xidmətinin (UNMAS) direktoru ilə görüşüb.ABŞ-ın paytaxtı Vaşinqtonda nümayəndə heyəti Dövlət Departamenti, Müdafiə Departamenti (Pentaqon), ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID), Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin yüksəkrütbəli rəsmiləri, habelə ABŞ Konqresinin aparıcı üzvləri ilə çoxsaylı görüşlər keçirib.Bununla yanaşı, nümayəndə heyəti mina fəaliyyəti sahəsində ixtisaslaşmış Marşal İrsi İnstitutu (MLI), Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”) direktorları ilə məhsuldar müzakirələr aparıb. Dünya Bankının mənzil-qərargahında keçirilmiş görüş zamanı da minatəmizləmə və inkişaf məsələləri müzakirə edilib.Keçirilmiş görüşlər zamanı ölkəmizin üzləşdiyi kütləvi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər, məcburi köçkünlərin öz yurduna qayıtması və bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, bu təhdid və maneələrin aradan qaldırılması, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq və yardımın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr aparılıb.Görüşlər zamanı, həmçinin minaların törətdiyi təhdidlərin aradan qaldırılması regionda sülhə və sabitliyə töhfə verən vacib amil kimi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin ABŞ-ın nüfuzlu tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycanın ABŞ-dakı səfirliyində ölkəmizdəki mina probleminə həsr edilmiş dəyirmi masa təşkil edilib. Görüşdə kütləvi şəkildə minalanmış ərazilərin təmizlənməsi, həmçinin yenidənqurma və bərpa işləri istiqamətində Azərbaycan hökuməti tərəfindən aparılan fəaliyyət və tətbiq edilən idarəetmə modeli, beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti qeyd edilib.

Həmçinin, ABŞ Konqresində italiyalı fotoqraf Fabrisio Kontinin müəllifi olduğu işğaldan azad edilmiş ərazilərimizin təsvirlərini, bu ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini əks etdirən və mövzunun müxtəlif aspektlərinə dair çıxışlarla müşayiət olunan "Agdam Delenda est" adlı tədbir də keçirilib.

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər