BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkədə üç dildə yayımlanan “interpressnews.ge” informasiya portalında və digər mətbu orqanlarda silsilə məqalələrlə çıxış edib.AZƏRTAC xəbər verir ki, məqalələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar haqqında geniş məlumat verilir. Bildirilir ki, Azərbaycan üçün gündəlikdə dayanan əsas məsələ sülh və inkişafdır, lakin onlara təminat verilməlidir.Avantürist dairələrə xəbərdarlıq edən səfir deyib: “Avantürist dairələrə xatırlada bilərəm ki, Azərbaycanın "Dəmir yumruğ”u həmişə yerindədir”.F.Quliyev mətbuata verdiyi açıqlamalarda Ermənistan silahlı qüvvələrinin təxribat qruplarının Azərbaycana qarşı irimiqyaslı təxribatlar törətdiyini faktlarla diqqətə çatdırıb, ermənilərin sərhəddə, minaatan və artilleriya atəşi də daxil olmaqla ağır silahlardan istifadə edərək mövqelərimizi atəşə tutduğunu bildirib. Qeyd edib ki, ermənilərin bu cəhdləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb və onlara layiqli cavab verilib.Diplomat vurğulayıb ki, ölkəyə hücum üçün istifadə edilən hərbi infrastrukturun sıxışdırılması hər bir dövlətin ordusunun təkcə haqqı deyil, həm də borcudur. Azərbaycan Silahlı Qüvvələri də Vətəni qorumaq kimi müqəddəs borcunu şərəflə yerinə yetirib.O, Azərbaycan Ordusunun 71 hərbi qulluqçusunun şəhid olduğunu, eyni zamanda, Kəlbəcər rayonunda iki dinc sakinin də həyatını itirdiyini qeyd edib.Səfir bütün baş verənlərə görə, Ermənistan tərəfinin məsuliyyət daşıdığını bildirib.O, fürsətdən istifadə edərək, ilk növbədə, son irimiqyaslı hərbi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində baş vermiş itkilərlə bağlı xalqımızın kədərinə şərik olan hər kəsə, xüsusən də qardaş Türkiyə və Gürcüstana bizimlə həmrəylik nümayiş etdirdiyinə görə, minnətdarlığını bildirib.F.Quliyevin daha bir məqaləsində Azərbaycan–Gürcüstan münasibətlərindən söz açılır. Diplomat bildirir ki, biz Gürcüstan tərəfinin sülh prosesinə töhfə verməkdə səmimi maraqlarını daim görürük və əsl dostlar belə davranmalıdırlar. Gürcüstanın Azərbaycana qarşı nümayiş etdirdiyi həmrəylik sübut edir ki, özü də uzun illərdir münaqişənin ağır nəticələrindən əziyyət çəkən gürcü xalqı bizim mövqeyimizi çox yaxşı başa düşür və ona görə də dərdimizə şərikdir.Səfirin sözlərinə görə, qlobal və regional tendensiyaların məntiqi münaqişələr irsinin tədricən aradan qaldırılmasını tələb edir. Ona görə də 2020-ci ilin noyabrından sonra Gürcüstan rəhbərliyinin həyata keçirdiyi fəal səylər və təşəbbüslər Azərbaycan dövləti və xalqı tərəfindən tam şəkildə bəyənilir.Diplomat qeyd edib ki, Azərbaycan ilə Gürcüstan region üçün yeni sima yaradıblar. Regionumuzu dünyaya açıb və Şərqlə Qərb arasında mühüm kommunikasiya körpüsünə çevirə biliblər.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər