BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Azərbaycan dövlətinin və Ordusunun uğurlarına kölgə salmaq istəyənlərə bir ad vermək mümkündür-satqın! Bu günlərdə erməni təxribatına cavab olaraq ordumuzun igid əsgərləri düşmən ölkə olan Ermənistanı lərzəyə salmaqla yanaşı, deyəsən bu vətən xainlərini də bərk narhat edib. Radikal müxalifət olub düşmən ölkənin alətinə çevrilən Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid və digərləri unudurlar ki, xalqımız onların iç üzlərini çox gözəl bilir və buna görə də özlərinə yer tapa bilməyən, ordumuzun zəfərini, dövlətimizin gücünü, xalqımızın birliyini həzm edə bilməyənlər başlarını necə itiribsə, indi də başlayıblar ermənipərəst mövqelərini açıq formada ifadə etməyə". Bu fikirləri saytımıza Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.

Səadət Məhərrəmova deyib ki, bu adamlar indiyənə kimi bir Şəhidin ailəsinə baş çəkməyib, bir qazinin yanına gedib ona psixoloji dəstək verməyib, nə indi, nə də 44 günlük Vətən müharibəsi zamanı: "Ölkəmizdə fəaliyyət göstərən bütün siyasi təşkilatlar Ali Baş Komandanın yanında birləşib birlik nümayiş etdirdikləri zamanı bu adamlar və onların təmsil olunduqları siyasi partiyalar pozuculuq və təxribatla məşğul olurdular. Əslində, biz onları anlayırıq və bilirik onlar niyə bu yoldadırlar! 
O şəxslər və siyasi partiyaların işi xarici ölkələrə adam satıb onlardan ölkəmizə qarşı siyasi terror təşkil etməkdən ibarətdir. Baxın, dünyada Azərbaycan dövlətinə qarşı kimlər çıxır və kimlər bizim güclü olmağımızı, ərazilərimizi düşməndən təmizləməyimizi istəmir? İki qurupdur! Birinci qurup erməni millətinə məxsus olanlar, digər qurup isə erməni diasporundan maliyyələşən şəxslər və təşkilatlardır. Bu qədər açıq şəkildə görünür proseslər. İndi biz bu adlarını qeyd etdiyim Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid və bu kimi satqınları hansı qurupa aid edək?!".
QHT sədri qeyd edib ki, Azərbaycanda xalq-hakimyyət birliyi çox yüksək səviyyədir: "Hansı qüvvə, hansı maliyyə institutları nələr etsə də bu birlik pozula bilməz! Ona görə ki, Azərbaycan xalqı qədirbilən və güclü xalqdır. Bu xalq 90-cı illərdə olan faciələrini heç bir zaman unutmayacaq, torpaqlarınızı satıb qaçıb gizlənən hakimiyyət nümayəndərini unutmadıqları kimi. Biz güclü olmağa borcluyuq və bu yolda Müzəffər Ali Baş Komandanımızın yanında sıx birləşmişik. Biz həm də Ulu öndər Heydər Əliyevə və onun siyasətinə olan sədaqət borcumuzu heç bir zaman unutmacağıq. Azərbaycanı uğura aparan, xalqının yanında olan, ordumuzu dünyanın ən güclü orduları sırasına qaldıran, iqtisadiyyatımızı hər bir dövlətə nümunə ola biləcək səviyyə çatdıran, ərazi bütövlüyümüzü təmin edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daima yanında olmalıyıq ki, ölkəmizi üfüqlərə çatdıra bilək".

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər