BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bildiyimiz kimi, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. SİA mövzu ilə bağlı QHT rəsmiləri arasında sorğu edib.

"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi sədri Əhməd Abbasbəyli: "Erməni təxribatları və bu cür düşmənçilik onların xislətində var. Son 30 illik tariximizə baxsaq, bütün bu proseslərin başlanmasının səbəbkarı ermənilərdir. Tarix boyu onlar bu proseslərin içində olublar. Onlar havadarlarına arxayın olurlar və havadarları da ermənilərdən alət kimi istifadə edir. Bu məsələnin yanlız bir tərəfidir.

Məlumdur ki, 44 günlük müharibədəki zəfərimizdən sonra həm ermənilər, həm də onların havadarları bu cür qələbəni həzm edə bilmirlər. Onlar müxtəlif yozmalarla prosesin yekunlaşmasının qarşısını alırlar.

Üçtərəfli razılaşma və ondan sonrakı görüşlərdə Azərbaycanın əsas məqsədi həmin üçtərəfli razılaşmanın bəndlərinə əməl edilməsidir. Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, qarşı tərəf müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışır. Prosesin bu cür uzanması təkcə erməni yox, həm də onların havadarlarının mövqeyidir.

Təəssüflər olsun ki, bizdə də erməni mövqeyindən çıxış edən naqislər var. Çünki bu naqislərin çörəyi onlardan gəlir. Onu da qeyd edim ki, Fransa dövlət olaraq erməni mövqeyini açıqlayır. Onlarla münasibətə yenidən baxılmasının tərəfdarıyam".

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" ictimai birliyi sədri Emin Həsənli: "Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Təəssüflər olsun ki, beynəlxalq birlik də onları buna məcbur etməyib və sanksiyalar tətbiq etməyib.

Sentyabrın 12-də baş verən hadisə 2020-ci ilin Tovuz hadisələri ilə eynidir. Fərq ondan ibarətdir ki, bu dəfə təxribat Laçın-Kəlbəcər istiqamətində törədildi. Xalqımız bir bayraq altında birləşərək 2020-ci ildə böyük Zəfər əldə etdi.

Zəfərdən sonra bir neçə hadisənin çox mühüm əhəmiyyəti var. Fərrux yüksəkliyinin azad edilməsi, eyni zamanda düşmənin böyük diversiya qrupunun ələ keçirilməsi, 10 noyabr 2020-ci il bəyanatından sonra bu hadisələrin böyük əhəmiyyəti var idi.

Ermənilər dəfələrlə xalqımıza qarşı terror törədiblər. Azərbaycan illərdir bundan əziyyət çəkir. 10 noyabr 2020-ci il bəyanatından sonra biz bu təxribatları gözləmirdik. Lakin ermənilər təxribatlara davam etdilər. Azərbaycan da onların qətiyyətlə cavablarını verdi. Bu qələbə ordumuzun və cənab Prezident İlham Əliyevin gücünün göstəricisidir

Ermənistan ya şərtləri qəbul etməlidir, ya da onların mövcudluğu sual altında olacaq. Ermənistan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanımalıdır. Ermənilər Xocalıda cinayət törədənləri Azərbaycana təhvil verməlidir. Azərbaycanın uzun müddət gözləmək fikri yoxdur. Konkret mövqe bildirilməlidir".

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev: "Bildiyimiz kimi sentyabr ayının 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqları, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüs və atılan addımları sobataj edir.

Paşinyan öz xeyrinə dəyişiklik etməyə çalışır. O dərk etmir ki, Zəfər savaşından sonra Azərbaycana qarşı atılan hər bir təxribat addımı Ermənistanın ziyanınadır.

Ermənistan 44 günlük Vətən müharibəsindən sonra ordusunu bərpa etmək istiqamətində işlər görür. Belə ki, Rusiya, ABŞ, Hindistandan və digər Avropa ölkələrindən silah alırdı. Ermənistan Azərbaycanla sərhəddə yeni obyektlər yaradır. Belə ki, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün silah-artilleriya və yeni hərbi hissələr yaradırdı. Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır.

Azərbaycanın Ermənistana qarşı göstərdiyi humanizmə baxmayaraq Ermənistan faktiki olaraq mənfur xislətindən əl çəkmədi. Onlar 12 iyul Tovuz istiqamətində göstərdiyi təxribatın eyni ssenarisini Kəlbəcər, Laçın və Zəngilan istiqamətində də həyata keçirməyə davam edir. Bu gün həmin ərazilər Azərbaycan ordusu tərəfindən azad olunub. Dövlət sərhədində də bizim ordumuz dayanır"

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər