BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Nensi Pelosinin bu səfəri ABŞ-Azərbaycan münasibətlərinə zərər versə də, ABŞ və Azərbaycan müttəfiq dövlətlərdir”. "Xeber7" məlumat verir ki, bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, ABŞ-la Azərbaycan arasında elə bir dərin əlaqələr var ki, Nensinin Ermənistana bu səfəri iki ölkənin münasibətlərinə o qədər də ciddi təsir etməyəcək: “Çünki ABŞ dövləti buna imkan verməz. Ancaq Nensi Pelosinin Ermənistana səfəri erməni lobbisinin və Amerikadakı erməni milli komitəsinin tələbi ilə gerçəkləşib. Qeyd edim ki, noyabr ayında Amerikada seçkilər keçiriləcək. Nensi Pelosi də bu seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün bu səfəri həyata keçirdi. Pelosinin İrəvana səfər zamanı qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi və orada göz yaşları axıtması da riyakarlıqdan başqa bir şey deyil. Bu cür siyasətçilərin olmayan bir faciə üçün göz yaşı axıtması həqiqətən də gülüncdür. Onu da qeyd edim ki, bu səfər həm də ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlamlasını istəyir. Hazırda Amerikanın nüfuzu zəifləməyə başlayıb. Regionda artıq dövlətlər müstəqil fəaliyyət göstərirlər. Hansı ki, vaxtılə ABŞ-ın təsir dairəsində idilər. Bu günlərdə İrəvanda aksiyalar da keçirilir və Pelosinin bura səfərini pisləyən də var. Ermənistan hakimiyyəti bəyan edir ki, biz Rusiya ilə müttəfiqik. Amma bunlardan asılı olmayaraq Ermənistan nə qərbdə, nə də Rusiyada bir mövqe tuta bilmir. Bu da Ermənistanın mövqesizliyini göstərir. Pelosi yanlız öz maraqlarına görə Ermənistana səfər etmişdir. Hesab edirəm ki, səfər Ermənistana dəstək olmadı, əksinə bu səfər Rusiyanı daha da qıcıqlandırdı. Rusiyanın Paşinyana qarşı antipatiyasını daha da gücləndirdi.
Azərbaycan müstəqil siyasət yürüdür, her bir ölkəyə qarşı tərəf tutmur. Nə Rusiya ilə, nə də Amerika ilə birtərəfli münasibət qurmur. Azərbaycan bütün dövlətlərlə yaxşı münasibətlərini qoruyub saxlayır. Düşünürəm ki, Amerikanın müəyyən qüvvələri ikili standartlarla hərəkət etsə də Pelosinin bu səfəri ABŞ siyasətinin nümunəsi kimi sayılmamalıdır. Çünki Amerika istəsə də, istəməsə də Azərbaycanla münasibətləri yaxşı saxlamalıdır”.

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər