BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Ali Baş Komandan İlham Əliyevin erməni işğalından azad oluna rayonlarımızda Azərbaycan bayrağını ucaltması hər birimizi qürurlandırır. Ötən gün cənab Prezident Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltmaqla bir daha bizə bu sevinci hissini yaşatdı”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib. 

Asif Əsgərli deyib ki, Prezident İlham Əliyev Laçın şəhərindən bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara Ermənistanın cinayətləri və hərbi təxribatları ilə bağlı mesaj verib: “Cənab Prezident deyib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi: “Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər”. Əlbəttə ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışa bilməzdi. 30 ilə yaxın Azərbaycan dövləti məsələnin sülh yolu ilə həllinə çalışdı. Lakin Ermənistan hər zaman sülhdən boyun qaçırırdı. Sonda da bunun acı nəticəsini görüdü. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Ermənistan ordusunu darmadağın etdi. Artıq bu gün Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Xocavənd, Kəlbəcər və Laçında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu gedişlə əminik ki, işğal altında qalan digər torpaqlarımızda da dövlət bayrağımız  dalğalanacaq”.
YAP rəsmisi bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad olunan rayonlarda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır: “Azərbaycan bütün bunları öz hesabına edir. Bu işlər içində yol infrastrukturunun inkişafı mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident bu məsələni daimi diqqətdə saxlayır. Elə Laçına səfər edəndə də dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub. 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biridir. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir. Ümumi olaraq bu yolun üzərində 12 tunel tikiləcək. Eyni zamanda Laçın rayonunun digər qonşu rayonlara gedən istiqamətlərində də yollar çəkiləcək. 
Təəssüf ki, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi Laçın şəhəri də erməni vandalizminə məruz qalıb. Həmçinin Suriya və Livandan erməni əsilli insanlar gətirilib Laçında qanunsuz məskunlaşıblar. Artıq Müzəffər Azərbaycan Ordusu Laçını, eləcə də Zabux və Sus kəndlərini də erməni işğalından azad edib. Avqustun 26-ı hər birimizin yaddaşında Laçının erməni işğalından azad olunduğu gün kimi qalacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən Laçın rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri planlaşdırılır. Ölkə başçısının qeyd etdiyi kimi, indi vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Bu istiqamətdə hazırlıq işləri görülür”.

 

 

 

 

 

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər