BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiya Ukrayna müharibəsi başlayanda Rusiya düşünürdü ki, çox qısa bir zamanda istəyinə nail olacaq, qalibiyyət əldə edəcək. Amma istər Qərbin, istərsə də Ukraynaya dost olan digər ölkələrin dəstəyi ilə Rusiya bu istəyinə nail ola bilmir.

 

"Xeber7" məlumat verir ki, bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Ramiz Alıyev deyir ki, Rusiya ilə Ukraynanın münaqişədə olmasını tək Rusiya-Ukrayna müharibəsi kimi yox, eyni zamanda Rusiya müttəfiqləri və Ukrayna müttəfiqləri arasında gedən müharibə kimi qiymətləndirilməlidir.

 

Politoloq hesab edir ki, bu müharibədə tərəflərdən heç biri qalib gəlməyəcək. Çünki bu müharibə, böyük güclərin müharibəsidir. Məqsəd də Rusiyanı zəiflətmək, Rusiyanı regionda və dünyada hegemonluq səhifəsindən silməkdir.

Ramiz Alıyevin fikrincə, məhz bu səbəbdən bu müharibədə Rusiya və Ukrayna xalqları arasında olan müharibə kimi qiymətləndirilməməlidir.

“Əlbəttə ki, Rusiyanın böyük itkilər verməsi gözlənilən idi. Çünki Rusiya başqa dövlətin ərazisində müharibə aparır. Təbii ki, müəyyən ərazilərdə Ukraynanın qurduğu tələlər var. Rusiya həmin tələlərə düşdü. Ukrayna orudusunun silahlandırılması, Ukrayna ordusunun arsenalında “Bayraktar” kimi və digər Türk istehsalı olan dronların olması Ukrayna ordusunu xilas etdi. Yəni gözlənilən və planlaşdırılan itkilərə Ukrayna məruz qalmadı. Rusiya ordusu isə, başqa dövlətin torpağında olduğu üçün xeyli sayda itki verdi, çox sayda silah-sursat, texnikası məhv edildi” - deyən politoloq bildirir ki, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi gözlənilən idi. Çünki itkiləri həddən artıq çoxdur. Eyni zamanda Rusiyanın üzərinə gedib, Ukraynaya dəstək olanların da sayı artır. Ukraynaya hərbi-texniki dəstək verilir. Bu baxımdan Rusiya əgər gücünün 10-20 faizini bu müharibəyə qoymuşdusa, bundan sonra daha çox güc sərf edəcək. İstər canlı qüvvə, istər hərbi texnika və müasir silahlardan daha çox istifadə ediləcək. Bu, Ukrayna üçün heç də yaxşı nəticələnməyəcək.

Ekspert hesab edir ki, nə Ukrayna xalqı, nə də Rusiya xalqı bu müharibəni istəmir. Sadəcə olaraq böyük güclərin səylərinin nəticəsidir ki, bu gün Ukrayna bu vəziyyətə gəlib çatıb.

Ramiz Alıyev deyir ki, bu müharibə çox uzun davam etməyəcək. Çünki qış gəlir və Avropada qaza olan təlabat özünü göstərəcək. Belə ki, artıq bəzi ölkələrdə qazın verilməsi tələbi ilə aksiyalar və mitinqlər təşkil olunmağa başlayıb. Məhz, bu səbəbdən də ekspertin fikrincə, payız-qış aylarında belə tələblər artacaq və Avropa ölkələri müharibədən, daha doğrusu Ukraynaya dəstək olmaqdan məcburən geri çəkiləcəklər. Ukraynanı Rusiya ilə sülh müqaviləsini razılaşdırmağa anlaşma yolu tapmağa çalışacaqlar. Çünki Avropanın əksər ölkələrində qış çox sərt keçir. Avropa ölkələrinin də qaza olan təlabatının müəyyən bir hissəsini Rusiya ödəyir. Buna görə də Avropa ölkələri payız-qış aylarında müharibəni sonlandırmağa və sülh əldə edilməsinə çalışacaqlar.

“Rusiyanın son addımları və ələ keçirilmiş ərazilərdə referendumun təşkil olunması, münaqişənin daha da qızışmasına gətirib çıxarır. Bu səbəbdən də Rusiya-Ukrayna müharibəsi oktyabr ayında daha da kəskinləşəcək. Rusiya, öz nüfuzunu qorumağa çalışacaq. İstəyəcək ki, ona olan təsirlərdən özünü sığortalasın. Öz gücünü bir daha göstərsin” - deyə Ramiz Əliyev əlavə edib.

Politoloq bildirib ki, Rusiya Qarabağda olan sülhməramlıların bir hissəsini Ukraynaya göndərmişdi. Ancaq Rusiyada hərbçilərin çatışmazlığı real görünmür. Çünki Rusiya əhalisi çoxdur. Rusiyanın əraziləri də böyükdür, bu əraziləri qorumaq və sərhədləri qorumaq kimi məsuliyyəti ağır olan bir məsələsi var.

“Buna baxmayaraq, əgər ehtiyac yaranarsa, Qarabağda olan sülhməramlıların böyük bir hissəsini Ukrayna ərazisinə və ya Ukrayna müharibəsinin davam etdiyi Rusiya sərhədlərinə apara bilərlər. Öncəki aylarda bu tətbiq olunmuşdu, yenə də ola bilər” - deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər