BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik-milli zəmində sistemli cinayətlər törətməkdə, xalqımıza qarşı terror və soyqırım siyasəti törətməkdə, dövlətimizin ərazi bütövlüyünə qəsd etməkdədir.  XX əsrin 90-cı illərindən etibarən Azərbaycan xalqına qarşı silsilə cinayətlər törədən Ermənistan ordusu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etmiş, bütöv bir şəhərin sakinlərini qətlə yetirmiş, əsir götürülənləri ağır işgəncələrə məruz qoymuşdur. Ümumiyyətlə, Birinci Qarabağ müahribəsi dönəmində minlərlə Azərbaycan vətəndaşı qətlə yetirilmiş, bütöv şəhərlər, kəndlər yer üzündən silinmişdir. Birinci Qarabağ müharibəsi və işğal dönəmində minlərlə hərbi-mülki şəxsi qətlə yetirən Ermənistan, törətdiyi cinayətləri gizlətmək məqsədi ilə Qarabağ və ətraf rayonlarda qətlə yetirilən azərbaycanlııları kütləvi məzarlıqlarda basdırmış, qanlı əməllərini bu yolla ört-basdır etməyə, məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Bugünlərdə Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıq Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi minlərlə cinayətdən biri, bu cinayətlərin inkaredilməz sübutudur.  Xatırladaq ki, Birinci Qüarabağ müharibəsi nəticəsində itkin düşən 3890 vətəndaşımızdan bu gün də heç bir xəbər yoxdur və Ermənistan həmin şəxslərin aqibəti haqqında Azərbaycana heç bir məlumat təqdim etməyib. 

Ermənistan 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsi dönəmində də Azərbaycan xalqına qarşı silsilə cinayətlər həyata keçirmiş, Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərləri istifadəsi beynəlxalq konvenmsiyaalrla qadağan edilən ballistik raketlərlə atəşə tutmuş, nəticədə içərisində uşaq və qocaların da olduğu onlarla Azərbaycan vətəndaşı qətlə yetirmişdir. 

Ermənistan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsir hərbçilərinə qarşı da ağır cinayət törətmiş, onlara yaxın məsafədən atəş açmaqla vəhşicəsinə qətlə yetirmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu müharibənin gedişində  - 2020-ci ilin 30 oktyabr tarixində ictimaiyyətə məlumat vermiş, ictimaiyyəti erməni cinayətləri haqında məlumatlandırmışdır.

Ermənistanın Azərbaycan xalqına qarşı cinayətləri 2020-ci ilin 10 Noyabr tarixindən, Vətən müharibəsinin başa çatmasından sonra da davam etmişdir. 30 il ərzində Azərbaycanın işğaldakı torpaqlarında bir milyondan çox mina basdıran Ermənistan, post-müharibə dönəmində də mina terrorunu davam etdirmiş, torpaqlarımızda minlərlə yeni-yeni minalar basdırmışdır. 2022-ci ilin 15-30 avqust tarixlərində, yəni cəmi 15 gün ərzində təkcə Laçın rayonunda 1318 ədəd PMN-Э növlü mina aşkar edilmişdir ki, həmin minalar 2021-ci ildə Ermənistanda istehsal edilmişdir. Bu fakt bir daha Ermənistanın 10 Noyabr bəyanatı əsasında üzərinə götüqrdüyü öhdəlikləri yerinə yetirmədiyini, əksinə, terror və təxribat siyasətini davam etdirdiyini göstərir. 

Ermənistanın cinayətləri fonunda təəssüf doğuran əsas məqamlardan biri də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, qabaqcıl dövlətlərin bu cinayətləri görməzdən gəlməsi,  minlərlə insanın qətli ilə nəticələnən məlum cinayətləri susqunluqla qarşılamasıdır. Özünü demokratiya və insan hüquqlarının carçısı hesab edən beynəlxalq təşkilat və dövlətlərin Ermənistanın qətliyam siyasətinə göz yumması, rəsmi İrəvana heç bir etiraz və təzyiq göstərməməsi həm beynəlxalq qanun və insna hüqyqlarına, həm humanizm prinsiplərinə, həm də əxlaqi-mənəvi dəyərlərə tamamilə ziddir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dünya ictimaiyyətini, beynəlxalq birlik və təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, bu cinayətləri geniş müstəvidə araşdırmağa və həmin cinayətlərin həm sifarişçilərinin, həm də icraçılarının cəzalandırılmasını təmin etməyi xahiş edirik. Bu, ədalətin təmin edilməsi, Ermənistanın növbəti cinayətlərinin qarşısının alınması və regionda sabitliyin təmin olunması baxımından olduqca zəruridir. 

Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti minlərlə veteranın mövqeyini əks etdirən bu müraciətə həssaslıqla yanaşacaq, nəhayət ki, Ermənistanın cəzalandırılması istiqamətində əməli addımlar atacaqdır”.

 

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər