BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Fobiyanın hər bir növü xəstəlikdir. Xalqlara, irqlərə, dinlərə qarşı olan fobiyalar isə artıq cəmiyyət xəstəliyidir və çox təhlükəlidir. İslamofobiya ilə bağlı müzakirələr Avropa Şurasında son 20 ilə yaxın müddətdə dəfələrlə keçirilib və belə fikir mübadilələrini zəruri edən vəziyyətin varlığı artıq ciddi narahatlıq doğurur.AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun payız sessiyasında “Avropada islamofobiya və antimüsəlman irqçiliyi ilə bağlı maarifləndirmə və islamofobiyaya qarşı mübarizə” adlı məruzənin müzakirələri zamanı söyləyib. Bildirib ki, irqçiliyin cəmiyyətdə dərin qarşıdurma yaratmağa hesablanmış məqamları son dərəcə genişdir. Dünyada təqribən 1 milyard 720 milyona yaxın müsəlman varsa və onlar 120-dən çox ölkədə yaşayırlarsa, bu rəqəmlər artıq islamofobiyanın miqyasının nə qədər geniş olmasına dəlalət edir.“Hər xalqın öz dilində salamlaşması var. Ancaq müsəlmanlarının hamısının ortaq salamlaşması var. Başqası ilə görüşəndə ilk olaraq həmin sözü dilə gətirilər - “Salam!”. Bu sözün mənası “Sənə sülh diləyirəm!” deməkdir. Qarşısına çıxan insana əvvəl sülh, əmin-amanlıq arzulayan bir inanc sistemi hər hansı fobiyalar üçün əsas verə bilərmi? Əslində böyük dinlərin hər birinin mahiyyətində insanlar arasında sevgini, dostluğu, anlaşmanı təşviq edən niyyət dayanır. Bu gün baş verənlər bu niyyətləri əks etdirmirsə, bu, artıq səhv siyasətin, mənfi qüvvələrin günahıdır”, - deyə R.Hüseynov qeyd edib.Diqqətə çatdırıb ki, bu gün - iyirmi birinci əsrin üçüncü onilliyinin başlanğıcında Avropa Şurasının rəsmi məruzəsində qitədə islamofobiya əlamətlərinin mütəmadi olaraq və xüsusilə də, son illərdə kəskin şəkildə artmasından həyəcanla danışılması statistika və təhlillərə əsaslanan acı həqiqətin təsdiqidir.Azərbaycanlı deputat vurğulayıb ki, Avropada daha sabit və rahat həyat, daha mehriban birgəyaşayış naminə anti-islam rasizminə və ayrı-seçkiliyə zəmin yaradan köklü səbəblər aradan qaldırılmalı, mənfi təmayüllərə qarşı mübarizə daha qətiyyətlə aparılmalıdır. Əslində, müəyyən mənfi qüvvələr çalışıb “köklü səbəblər” təsəvvürünü yaradırlar. Dünyada ciddi əks-səda oyadan hər bir anti-islam hərəkətlərin, eləcə də onların ardınca baş verən və müsəlmanlarla əlaqələndirilən terror aktlarının ardında eyni şər qüvvələr dayanır. İslamofobiyaya qarşı mübarizənin təsirli olması, Avropa Şurası kimi təşkilatların tribunalarından çağırışların eşidilməsi, görüləcək tədbirlərin müsbət nəticəsi olması üçün hədəf düz seçilməli və belə təzahürlərə, eləcə də səbəb və səbəbkarlara qarşı mübarizə gücləndirilməlidir.R.Hüseynov bu istiqamətdə ortaq qanunvericilik bazasının təkmilləşdirilməsinin, müsəlmanların Avropa ailəsinin doğma üzvü olması ilə bağlı fikirlərin dərsliklərə salınmasının vacibliyini vurğulayıb. O, Avropanı və dünyanı fobiya yaradanlardan və fobiyadan qurtarmaq üçün birgə mübarizə aparmağa çağırıb.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər