BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Avropa Birliyi münasibətləri yeni sferaya daxil olub. Bu sferada qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik və siyasi dialoq xüsusi əhəmiyyət kəsb edir. 6 oktyabr tarixində Praqada keçirilən görüşlərdə qəbul olunan bəyanat bir daha onu deməyə əsas verir ki, Azərbaycanın Avropada siyasi çəkisi müqayisəolunmazdır. Qəbul olunan bəyanat Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə yanaşı yeni reallıqları ortaya qoymuş oldu. Ümumilikdə son aylarda Avropa Birliyi ilə Azərbaycanın təmasları kəskin artıb. Bu təmasların pik nöqtəsi kimi Praqa bəyanatını göstərmək olar. Bu bəyanatda istəyimizə nail olduq. Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Azərbaycanın ərazi bötövlüyü tanındı. Sülh sazişi ilə bağlı mühüm addım atıldı, erməni tərəfindən baş verəcək təcavüzlərin gələcəkdə də baş verməməsi kimi önəmli razılaşma əldə olundu.Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda siyasi baxımdan olduğu qədər həm də önəmli iqtisadi tərəfdaşıdır. Məlumdur ki, hazırda enerji bazarında ciddi böhran baş qaldırıb. Rusiya Ukrayna münaqişəsi bu bazarın əsas alıcılarından olan Avropa ölkələrinin enerji siyasətində yeni qərarların qəbulunu zəruri edib. Artıq Afrika və digər qitələrdən Avropaya enerji xəttləri çəkilir. Azərbaycan isə bu prosesə illər öncədən start verib. Artıq bu beynəlxalq layihələrin müsbət nəticələri göz önündədir. Bir sıra Avropa ölkə başçıları açıq şəkildə Azərbaycanın neft və qaz siyasətində əsas alıcı olmaq istədiklərini bəyan etməklə yanaşı bu layihələrin rentabelliyinə tam dəstək verirlər.Siyasi, iqtisadi münasibətlərin fonunda Avropa regionda yeni nəqliyyat qovşağı vasitəsi ilə həm də təhlükəsizliyi təmin etmək niyyətindədir. Bu baxımdan region üçün ciddi təhlükə olan Ermənistanın xarici havadarları da geri addım atmaq niyyətindədir və bunu artıq açıq-aydın bəyan edirlər. Artıq Ermənistan təklənib. Nəinki xarici havadarlar heç erməni lobbisi belə işğalçıya imkan tanımır. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində baş verib.Zəngəzur dəhlizinin açılması yeni dövrün əsas tələblərindən biridir. Bu dəhliz nəinki Azərbaycan, qonşu dövlətlər və ən əsası Avropanın bu dəhlizdən istifadə edərək iqtisadi və enerji siyasətində mühüm nəaliyyət əldə etməsinə gətirib çıxaracaq. Göründüyü kimi regionda yeni mərhələ başlayıb. Azərbaycan irəli sürdüyü 5 prinsiplə Ermənistanı sülhə çağırır, bununla Cənubi Qafqazda sülhün, təhlükəsizliyin tərəfdarı olduğunu bir daha göstərir. Ermənistan isə sülh müqaviləsini imzalamaqdan başqa yolu olmadığını getdikcə daha çox dərk edir.Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyi öz suverenliyinə dəyər verən Azərbaycanın etirazı ilə qəbul olunmadı. Azərbaycanın qəti mövqeyindən sonra missiyanın yalnız Ermənistan ərazisində olması razılaşdırıldı. Ermənistana gəlincə, bu dövlət sözügedən sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha ortaya qoydu.Bütün bunların fonunda Avropanın regionda siyasi, iqtisadi tərəfdaşı olan Azərbaycan öz istəyinə nail olmaqla yanaşı həm regionda həm Avropada söz sahibinə çevrilir.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər