BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Möhtərəm Prezident ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. 2003-cü ilin oktyabrın 15-i Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür. Xatırlatmaq yerinə düşər ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

2003-cü ildən bu günə qədər Azərbaycan sürətli inkişaf dövrü yaşayır və Ümummilli Lider Heydər Əliyev siyasəti davam etdirilir. Dövlət başçısı 19 il ərzində, Ulu Öndər Heydər Əliyevin demokratik-hüquqi və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirib. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk ilində KİV-lər tərəfindən Ona ünvanlanan "Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin" sualına "Həm çətin, həm də asan. Asan o mənada ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində, Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır", - deyə cavab vermişdir.

Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində tariximizə yeni bir gün - Zəfər tarixi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu əzəli torpaqlarımızı azadlığa qovuşdurdu. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Prezident İlham Əliyevin özünün də dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.

Xalq-iqtidar birliyi Azərbaycanı zəfərə, qələbəyə apardı. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Müzəffər Ordumuzun qələbəsi ilə Azərbaycan tarixinə silinməz tarixi izlər həkk etdi, Zəfər tarixini əbədi olaraq tariximizin parlaq səhifəsinə yazdı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. 30 ilə yaxın bir zamanda xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Bu gün Qarabağın işğaldan azad olunmuş hər yerində, hər bir kəndində, böyük quruculuq işləri gedir. Möhtəşəm inşaat layihələri reallaşır, "Ağıllı kənd"lər yaradılır. Bütün bu uğurların təmlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır.

 

Mönsüm ALIŞOV,

pedaqoji elmlər doktoru, professor

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər