BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

İqtisadiyyat və Sülh İnstitutu 2022-ci ilin Qlobal Sülh İndeksini açıqlayıb. 163 ölkənin yer aldığı siyahıda Rusiya 160-cı sırada qərar tutub. Ermənistan 83-cü, Özbəkistan 87-ci, Qırğızıstan 91-ci, Tacikistan 92-ci, Gürcüstan 95-ci, Qazaxıstan 97-ci, Türkmənistan 104-cü, Belarus 116-cı, Azərbaycan 128-ci, İran 141-ci, Türkiyə 145-ci və Ukrayna 153-cüdür.

 

“İqtisadiyyat və Sülh institutu 2022-ci ildə qlobal indeksini açıqlayıb. O siyahıya baxanda insanlar öz təbəssümlərini gizlədə bilmir. Çünki, gülüş doğuran bir məqamdır. Ona görə ki, bu təşkilatın baş bilənləri görünür ki, dünya siyasətini və dünyada gedən prosesləri, gündəmi izləmirlər. İzləsəydilər bilərdilər ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev həm Praqada keçirilən görüşlərdə, həm də Avropa liderləri ilə olan görüşlərdə, həm də bu günlərdə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Ehtimat tədbirləri üzrə müşavirlərin 6-cı zirvə toplantısının Dünya iclasında səsləndirdiyi fikirləri, təklifləri bir başa dünyada baş verən münaqişələrin sona çatmasına hesablanır”.

"Xəbər 7" məlumat verir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Onun sözlərinə görə, istər regionda, istərsə də Avropa və Asiyada sülhün və münaqişələrin yox olması, sülhün bərqərar olmasını göstərən məqamlar var. Komunikasiya yollarının açılması, logistik mərkəzlərin olması, Azərbaycanın həm Avropa, həm də Asiya üçün əlaqələndirici bir ölkə olmasını göstərir. Buna görə də siyahıya baxdıqda biz görürük ki, Ermənistanda demək olar ki, hər gün mitinqlər, aksiyalar keçirilir. Xalq hakimiyyətdən narazıdır. Orada hərbçilərin həbsləri, yüksək çinli hərbçilərin vətənə xəyanəti sübuta yetirilib.

 

“Fərarilik baş alıb gedir. İnsanlar dövlətdən və hazırkı hakimiyyətdən narazıdırlar. Bunlar hamısı öz əksini tapır. Eyni zamanda, siyahıya baxanda Qırğızıstan və Tacikistan 91-ci və 92-ci siyahıda yer tutursa, bilirsiniz ki, Qırğızıstan ilə Tacikistan arasında sərhədlərdə münaqişələr baş verib və ciddi problemlər var. Türkmənistanda ümumiyyətlə münaqişə və ciddi problemlər yoxdur. Amma 104-cüdür. Ukrayna 153-cü yerdədir. Hansı ki, Ukraynada ümumiyyətlə sakit bir saat varmı hazırda? Ukraynanın hansı bölgəsində 5 dəqiqə sakitçilik var? Bu nə qədər gülünc bir siyahıdır ki, bunu tərtib ediblər” - deyən ekspert hesab edir ki, bu cür təşkilatlar hansısa bir fondların və hansısa bir təşkilatların qollarıdır. Hansısa bir diaspor təşkilatlarının büdcəsilə öz sorğularını keçirən, siyahılar tətbiq edən kiçik bir təşkilatdır. O qədər ciddi təşkilat olsaydı, təbii ki, bunu yaxşı araşdırardılar və bilərdilər ki, Azərbaycan dövləti istər region, istər ölkəsində, istərsə də dünyada sülhün və sabitliyin bərqərar olması üçün hansı çabaları göstərir. Yəni, bunlar təbii ki, bu cür təşkilatlar üçün önəmli deyil. Bu cür təşkilatlara önəmli olan onlara maliyyələrin haradan gəlməsidir.

“Çox bərbad bir siyahı tərtib ediblər. Bu da çox ciddi yanaşılası hadisə də deyil, ciddi yanaşılası bir təşkilatda deyil, onun qərarı nə qədər ciddi olacaq ki. Sadəcə kiçik bir-iki misal göstərdim. Qırğızıstanda və Tacikistanda baş verən münaqişələr. Ukraynada bir saniyə belə sakitçilik ola bilməz. Orada insanlar zirzəmidə yaşayır, tunellərdə yaşayır ki, bombalardan qorunsunlar. Gülməli bir siyahıdır. Ona görə də bu cür təşkilatların, bu cür qərarlarını ciddi qəbul etməməliyik. Bunlar hamısı hansısa diaspor və lobbilərin maliyyəsi ilə hazırlanan siyahılardır” - deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər