BAKU Azərbaycan
2.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bu bölgüyə daxil olunub. 
Zəngilanın ərazisi Şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.
İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı var. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları keçir.
Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayonun 1 şəhər, 5 qəsəbə və 83 kəndi düşmən əlində olduğu dövrdə tamamilə dağıdılıb.    
Rayon düşmən əsarətində olduğu dövrdə təхmini hеsаblаmаlаrа görə, Zəngilana 3,4 milyаrd АBŞ dоllаrı ziyаn dəyib. Yаrdımçı təsərrüfаt sаhələri nəzərə аlınmаdаn, əhаliyə məхsus 11 min yаşаyış еvi, 150 şəхsi mаşın, 43 min qаrаmаl, 92 min qоyun-кеçi, 265 min еv quşu, 1600 аrı аiləsi düşmənin əlinə кеçib.  
Rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl yatağı, 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu yasaqlıq, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə altında saxlanılan Araz palıdı meşəsi, 12 min 864 hektar dövlət meşə fondu talanıb. 
Zəngilanda Oxçuçay bu gün dünyada təbii fəlakət zonası kimi tanınır. Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən bu çay, sanki, sənaye tullantılarının kollektoru rolunu oynayır. Adları çəkilən müəssisələrdə sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.
Zəngilan işğaldan azad ediləndən dərhal sonra Prezident İlham Əliyev düşməndən təmizlənən bütün ərazilərdə olduğu kimi, bu rayonda da  bərpa-quruculuq  layihələrinin reallaşdırılmasını diqqət mərkəzində saxladı. Dövlətimizin başçısının rəhbərliyi ilə erməni barbarlığının qurbanı olan Zəngilanda  tikinti işləri geniş vüsət aldı, yüksək texnologiyaların tətbiqinə start verildi, Qarabağ bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlərin gerçəkləşdirilməsinə başlanıldı.     
Dövlətimizin başçısı ötən il oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirdi ki, bu gün Zəngilan tarixinin yeni şərəfli mərhələsini yaşayır, şəhərin baş planı hazırlanır. Azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir.
Dövlətimizin başçısı həmin gün Zəngilanda rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış oldu, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etdi.  
Bütün bunlar ölkə rəhbərinin işğaldan azad olunan bütün rayonlarda olduğu kimi, Zəngilanda da bərpa-quruculuq layihələrinin reallaşdırılmasını diqqət mərkəzində saxladığını göstərir. Dövlətimizin başçısının rəhbərliyi ilə hazırda erməni barbarlığının qurbanı olan rayonda tikinti işlərinin geniş vüsət alması, yüksək texnologiyaların tətbiqinə start verilməsi, Qarabağ bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlərin gerçəkləşdirilməsi də bunun parlaq nümunəsidir.
Zəngilan işğaldan azad edildikdən sonra daim dövlət başçımızın diqqət mərkəzində olub. Ölkə rəhbəri hər dəfə rayona gəlişində burada mövcud vəziyyəti yerində nəzərdən keçirib, ermənilər tərəfindən bir çox hissəsi dağıdılan Bəsitçay qoruğunda çinar ağacları əkib, hava limanının təməlini qoyub.  
Ötən müddətdə işğaldan qurtulan digər torpaqlarımızda olduğu kimi, bura da geniş tikinti-quruculuq meydanına çevrilib. Gözəl, müasir Zəngilan şəhərinin qurulmasına start verilib. Ağalı kəndində “Ağıllı kənd” layihəsi uğurla gerçəkləşdirilərək zəngilanlıların ixtiyarına verilib.  
Bu gün Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilir. Rayonda tezliklə beynəlxalq hava limanının istifadəyə veriləcəyi gözlənilir. 
Yeri gəlmişkən, Zəngilanın yenidən qurulması və bərpası BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla gerçəkləşdirilir. Burada, həmçinin mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi əhali sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisi aparılır. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri komplekslərinin və Memorial Parkın tikintisi də planlaşdırılır.
Ümumiyyətlə, Zəngilanın iğaldan azad olunmasının strateji əhəmiyyəti olduqca böyükdür. İndi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır. Məhz təbii sərvətlərini nəzərə alsaq, Zəngilanın işğaldan azad edilməsi ölkəmizin inkişafı üçün yeni perspektivlər vəd edir. 

Ruslan Ağamalıyev,

157 nömrəli tam orta məktəbin tarix müəllimi,

Vətən müharibəsi iştirakçısı

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər