BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

 

SİYASƏ

Zəngəzurun hava qapısı olacaq Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, təkcə  Şərqi Zəngəzurun mühüm infrastruktur layihəsi kimi regionun gələcək sosial-iqtisadi inkişafı baxımdan deyil, eyni zamanda ölkəmizin logistika mərkəzinə çevrilməsi istiqamətində reallaşdırılan böyük əhəmiyyətə malik bir  layihədir. 

Bunu “Ölkə.Az”a açıqlamasında  deputat İltizam Yusifov deyib. Onun sözlərinə görə, təməli 2021-ci ilin aprelin təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı 1,5 ilə tikilib. “Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olan  hava limanı saatda 200 sərnişinə xidmət göstərmək gücünə malikdir. İri yük təyyarələri də daxil olmaqla, bütün geniş gövdəli təyyarələr Zəngilan hava limanında asanlıqla enib qalxa biləcək. Hava limanının platforması 8 təyyarəni qəbul etmək üçün nəzərdə tutulub. Hava limanı həmçinin uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək. Hava limanının beynəlxalq statusa malik olması Şərqi Zəngəzurun  Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizində ciddi logistik bir  mərkəzə çevrilməsi ilə yanaşı, əhalinin də sosial-iqtisadi vəziyyətinin, gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına  geniş imkanlar yaradacaq”-o qeyd edib.

 O əlavə edib ki, hava limanının fəaliyyət göstərməsi Şərqi Zəngəzurun, Qarabağ bölgəsində, bütövlükdə ölkədə turizmin,  iqtisadiyyatın,  tranzit yükdaşımaların, nəqliyat-kommunikasiya infrastrukturunun və digər sahələrin inkişafına öz töhfəsini verəcək. “Çünki yeni hava limanı müasir beynəlxalq standarta uyğun hazırlanıb. Hava limanında quraşdrılmış yeni avtomatlaşdırılmış Phoenix sisteminin tətbiqi uçuşların təhlükəsizliyinin  təmin edilməsinə imkan yaradacaq. Zəngilan hava limanı Şərq-Qərb beynəlxalq hava dəhlizinə inteqrasiya olunmaqla bölgənin inkişaf etmiş bir mərkəzə çevrilməsinə öz töhfəsini verəcək. Bu da  nəticə etibarı ilə Azərbaycanın logistik qovşağa çevrilib bölgədə və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına  xidmət edəcək”- o vurğulayıb.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər