BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Böyük siyasətdə jestlərin dili rəmzi məna daşıyır. Xüsusilə, böyük siyasətçilərin istifadə etdiyi jest bəzən söz qədər təsirli olur. Zaman və məkan amilindən, jestin kimə mənsub olmasından və konkret ifadə tərzindən asılı olaraq, jestlərin dili ilə təlqin edilən fikir bəzən daha qabarıq, daha mənalı alınır. Təkcə bir jest kifayət edir ki, onu kənardan, o cümlədən ekran qarşısında müşahidə edən dairələr düzgün nəticə çıxara bilsin, bəziləri isə öz payını götürsün. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanında təyyarədən enərkən, sağa və sola nəzər yetirdikdən sonra, baş barmağını yuxarı qaldıraraq göstərdiyi “əla” işarəsi məhz belə jestlərdən biridir. Bu, həm də qısqanclara ünvanlanmış tutarlı mesajdır. Vətən müharibəsindəki tarixi Zəfərimizi, Qarabağda və Şərqi Zəngəzurda aparılan böyük quruculuq-bərpa prosesindəki uğurlarımızı qısqananlar, Azərbaycan Prezidentinin müəyyən etdiyi hədəflərə doğru qətiyyətlə irəliləməsindən əsassız narahat olanlar bir işarə ilə o mesajı aldılar ki, bədxahlarımızın sayı nə qədər olursa-olsun, Azərbaycan onların qarşısında tək deyil. Müharibə günlərində olduğu kimi, qardaş Türkiyə bütün gücü və potensialı ilə bu gün də Azərbaycanın yanındadır. Türkiyə Prezidenti həmin jesti ilə maraqlı dairələrə göstərdi ki, onların xəbis niyyətləri və təzyiq cəhdi mənasız vaxt itkisindən başqa bir şey deyil. Türkə məxsus olan müdrik atalar məsəllərimizdən birində deyildiyi kimi: “Çax-çax baş ağrıdır, dəyirman isə öz işindədir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Jestlərin dili ilə ötürülən mesaj: Zəngəzur dəhlizi zamanın və qalib Azərbaycanın haqlı tələbidir” sərlövhəli məqaləsində yer alıb.

Yazıda bildirilib ki, Türkiyə Prezidentinin Azərbaycana bu səfəri də əksər beyin mərkəzlərinin, xüsusilə ermənipərəst dairələrin diqqətində idi. Dünyada, o cümlədən bölgəmizdə cərəyan edən geosiyasi proseslər fonunda beynəlxalq diqqətin bu səfərə fokuslanması təsadüfi deyil. Ermənistanın siyasi-hərbi rəhbərliyi, ona patronajlıq edənlər, erməni sevdası ilə “alışıb-yanan” dairələr görəndə ki, cəmi iki ilə yaxın müddət ərzində inşa olunmuş Zəngilan Beynəlxalq Hava Limanına ilk rəsmi səfəri məhz Türkiyə Respublikasının Prezidenti edir və hər kəsə hər şey əladır mesajını verir, heç şübhəsiz, bu möhtəşəm qardaş birliyi onların qayğılarını, “dərd-sərini” bir az da artırır, Ermənistana isə əlavə məyusluq yaşadır.

“Böyük siyasətçilər arasında bəzən elə ani, gözlənilməz dialoqlar baş verir ki, bu zaman ötürülən mesaj mahiyyət yükünə görə hər hansı bəyanatdan daha kəsərli alınır, rəsmi mərasimin fikir yükünü bütün incəliyi ilə kənar müşahidəçilərə çatdıra bilir. Belə dialoqlardan biri də Zəngilan Hava Limanının açılış mərasimində qırmızı lent kəsilərkən baş verdi. Türkiyə lideri Prezident İlham Əliyevə xitabən incə yumorla soruşdu ki, qayçının tutacağı qızıldandırmı? Azərbaycan Prezidentinin ilk baxışdan qısa, amma mahiyyətcə mərasimin beynəlxalq səviyyəli ictimai-siyasi əhəmiyyətini ehtiva edən cavabı, əslində, məlum ünvanlara növbəti tutarlı mesaj idi: “Qızıla bənzəyir, amma Siz kəsəcəksiniz, qızıldan da qiymətli olacaq”. Prezident İlham Əliyevin təkcə bu qısa replikası kifayətdir ki, qısqanc dairələr, nəhayət, mövcud reallığı qəbul edib bununla barışsınlar: Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə, din və dil birliyinə, sözlə əməlin vəhdətinə söykənir. İki qardaş ölkə liderlərinin ali səmimiyyəti zəmanət verir ki, bu dəyərlərdən hər biri bütün digər maraqların fövqündə dayana bilsin”, - deyə yazıda qeyd edilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məhz bu dəyərlərə ölkələrimizin səmimi və təbii bağlılığını əsas tutaraq, Cəbrayıl şəhərində mətbuata bəyanatında bunları xüsusi qeyd etdi: “İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”.

Deputat vurğulayıb ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan elə həmin mərasimdə təyyarədən enərkən göstərdiyi “əla” işarəsini ifadə edən mesajına söz aydınlığını bu cümlələrlə gətirdi: “Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir... Hörmətli media nümayəndələri, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”.

Prezident İlham Əliyevin mətbuata bəyanatında bildirdiyi növbəti fikir isə, iki qardaş ölkənin liderləri səviyyəsindəki mövqe və siyasi iradə birliyinin göstəricisi, dünyaya verilən və biri digərini tamamlayan ümumi mesajın ayrılmaz tərkib hissəsidir: “Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir... Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

“Beynəlxalq media mənsubları bu cür açıq mesajların ardınca adətən bildirirlər ki, əlavə şərhə ehtiyac yoxdur. Həqiqətən də belədir. Bu bəyanatlardan sonra qısqanc yanaşmaya və süni narahatlığa heç bir əsasın olmadığı ilə bütün maraqlı qüvvələr gec-tez barışmalı olacaq. Çünki yalnız bu yol bölgəmizdə dayanıqlı sülhə, qarşılıqlı şəkildə faydalı əməkdaşlığa və ölkələrin müstəqil və suveren yaşamaq haqqının qorunmasına xidmət edir. Təhlükəsiz dünya nizamının təmin olunması da yalnız bu seçimdən keçir. Ümid edək ki, bəzi böyük dövlətlər və qısqanclıq göstərən ölkələr beynəlxalq hüququn və bu hüquqa söykənən suveren imtiyazların maraqlardan üstün tutulmalı olduğunu, nəhayət, qəbul edəcəklər. Razılaşmalı olacaqlar ki, selektiv yanaşmadan imtina edilmədikcə, ərazi bütövlüyünün qorunması prioritet hüquqa çevrilmədikcə, böyük-kiçikliyindən asılı olmayaraq, heç bir ölkə mümkün təhlükələrdən sığortalana bilməyəcək. Əminəm ki, başqalarının oyununda ənənəvi alət rolunda çıxış edən Ermənistan rəhbərliyi də gec və ya tez bunu başa düşəcək. Başa düşəcək ki, Zəngəzur dəhlizi də zamanın və qalib ölkənin haqlı tələbidir”, - deyə Ülvi Quliyev məqaləsində bildirib.

Son xəbərlər

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Bütün xəbərlər