BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb”

Bu gün Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi bütün sahələrdə özünü göstərməkdədir. Eyni zamanda işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculuq işlərində də bu birlik, həmrəylik, qardaş dövlətin dəstəyi özünü büruzə verir. Prezident İlham Əliyevin oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat qeyd etdiyi kimi şanlı tarix bizim müştərək tariximizdir: “İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də Azərbaycana rəsmi səfərində biz bir daha bunun şahidi olduq. Qürurverici haldır ki, Türkiyə Respublikasının Prezidentinin qarşılanma mərasimi rəsmi açılışı olan Zəngilan Beynəlxalq Hava Limanında olub. Və qardaş dövlətin prezidentini həmkarı İlham Əliyev qarşılayıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla Zəngilan və Cəbrayılda bir sıra obyektlərin birgə açılışını ediblər. Belə ki, öncə Azərbaycan və Türkiyə prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Daha sonra Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, eləcə də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini də qoyublar.

Prezidentlər, həmçinin Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında da iştirak ediblər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda “Dost Aqropark”ın da əhəmiyyətini vurğulayb: “Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır”. Nəzərə çatdıraq ki, “Dost Aqropark”ın nəzdində Zəngəzur Ağır Atletika Klubu da yaradılıb. Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.

Hazırda işğaldan azad olunan ərazilərdə çoxşaxəli avtomobil yolu şəbəkəsi qurulur. Bütün yollar yenidən çəkilir. Cənab Prezident Cəbrayılda mətbuata verdiyi bəyanatda qardaş Türkiyə dövlətinin bu baxımdan da  rolunu qeyd edib: “İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.

 Tarixən dost münasibətləri olan iki qardaş dövlət Şuşa Bəyannaməsi ilə artıq müttəfiqliklərini yeniləyiblər. Şuşa Bəyənnaməsinin imzalanması ilə cənab Prezidentin “bütün sahələrdə müttəfiq olduq” deməsi, Türkiyə-Azərbaycan birliyinin bölgədə rolunun güclənməsinin göstəricisidir. Bu gün Türkiyə ilə Azərbaycanın belə səmimi münasibətlərinin qurulması dünyanın siyasi aləmində birliyk və qardaşlıq nümunəsi olaraq göstərilir. Hər iki dövlət bütün sahələrdə birgə əməkdaşlıq çərçivəsində görülən işlərlə istər regionda, istərsə də beynəlxalq arenada sülh və birlik simvoluna çevriliblər. Bu artıq “bir millət, iki dövlət” birliyinin əyani təsdiqidir. Bu birliyin sevincini və qürurunu yaşayan Prezident İlham Əliyev hisslərini ən səmimi sözləri ilə belə ifadə edib: “İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”.

 

İbrahimova Gülzar İsaxan qızı,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor

 

 

 

Son xəbərlər

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Bütün xəbərlər