BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev Gürcüstanla Azərbaycanın “bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər” deməklə iki ölkənin gələcək əməkdaşlığının perspektini önə çəkib

Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstanda səmimiyyətlə qarşılanması və orada iki ölkə arasında sıx tərəfdaşlığın vurğulanması bu səfərin əhəmiyyətinin göstəricidir. Səfər zamanı Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşündə Azərbaycanla Gürcüstanın mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlıq məsələlərinin müzakirə olunması da diqqət çəkir. 

Xatırladaq ki, bu səfər çərçivəsndə Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olublar. Sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilib. Sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Çox nadir mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək.

Onu da deyək ki, Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dövlətimizin başçısı haqqında “Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür” deməsi hər birimizi qürurlandırdı. Bu, cənab Prezidentin Cənubi Qafqazda, ümumiyyətlə beynəlxalq arenada həyata keçirdiyi xarici siyasətə verilən yükəsk qiymətdir. Bu fikirlər bir daha göstərir ki, dövlətimizin başısının adı və fəaliyyəti ölkələrarası münasibətlərin möhkəmlənməsində, dostluq əlaqələrinin qurulmasında nümunəvi Prezident olaraq çəkilir. 

 Ümumiyyətlə, Azərbaycan dövləti xarici siyasətini etibarlı tərəfdaşlıq, dostluq əlaqələri və qarşılıqlı hörmət əsasında qurur. Hazırda Gürcüstanla Azərbaycan arasında da münasibətlər məhz bu prinsiplər üzərində qurulub. Hər iki dövlət rəsmisinin bəyanatında manasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı ifadə olunub. İqtisadiyyat, enerji, nəqliyyat sahəsində əməkdaşlıq günü-gündən artır. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu nəzər almalıyıq. Bu baxımdan iki ölkə arasında ticarət dövriyyəsinin artması müsbət faktordur. Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bu məsələyə toxunaraq qeyd edib ki, cari ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb: “Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir”.

Hazırda Azərbaycanla Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Azərbaycanın bu istiqamətdə də Gürcüstanla səmərəli əməkdaşlığı mövcuddur. Məhz bunun nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımalarının həcmi də ildən-ilə artır. Bu, Prezident İlham Əliyevin “Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır” fikrinin praktiki nəticəsidir. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır”,-deyə cənab Prezident əlavə edib. 

Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz tarixi layihələri Azərbaycanı Gürcüstanla daha da yaxınlaşdırıb. Bu layihələr nəinki region, Avropa və dünya üçün əhəmiyyətlidir.  Prezident İlham Əliyev Gürcüstanla Azərbaycanın “bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər” deməklə iki ölkənin gələcək əməkdaşlığının perspektini önə çəkib. Bu baxımdan Gürcüstanla Azərbaycan arasında mövcud əməkdaşlıq qarşılıqlı anlaşmaya, dostluğa və xalqlarımızın rifahına xidmət edir.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər