BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan hər zaman bəyanatların kağız üzərində qalmasının deyil, real addımların atılmasının tərəfdarıdır

 Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə atılacaq addımların sürətlənməsi baxımdan Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında oktyabrın 31-də keçirilən Soçi görüşü və imzalanan üçtərfli Bəyanat çox önəmlidir. Müsbət haldır ki, Soçidə imzalanan üçtərfəli Bəyanatda Azərbaycanla Ermənistan arasında vətəndaş cəmiyyətinin və dini liderlərin, eləcə də “etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşmasının vacibliyi” məsələləri də müzakirə edilərək real işlərin görülməsi qərarı verilib. Ümumiyyətlə, Soçi görüşləri Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan hər zaman Bəyanatların kağız üzərində qalmasının deyil, real addımların atılmasının tərəfdarıdır. Oktyabrın 31-də hələ üçtərfli Bəyanat imzalanmamışdan əvvəl Prezident İlham Əliyev rusiyalı həmkarı ilə ikitərəfli görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında hərəkət etməyin vaxtının çatdığını qeyd etmişdi: “İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib”.

Əlbəttə ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında Rusiyanın vasitəçiliyi vacib faktordur. Bəyanatda da bu məsələ öz əksini tapıb: “Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək”. Rusiya rəsmiləri tərəfindən bu dəstəklə bağlı zaman-zaman bəyanatlar verilib. Üçtərəfli danışıqlardan sonra keçirilən mətbuat konfransında da Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək. Fikrimizcə, Rusiyanın regionda dialoqun davam etdirilməsi və münaqişəyə son qoyulması üçün Ermənistan və Azərbaycanla təmasda olması sülh sazişinin imzalanmasının vaxtını tezləşdirə bilər. Soçidə Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş ikitərəfli görüş də bu baxımdan önəmlidir. Cənab Prezident ikitərəfli görüşlərin əhəmiyyətini xüsusi qeyd edib: “Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır”.

Üçtərəfli Bəyanatda əksini tapan müddəaların Azərbaycanın maraqlarına uyğun olması Paşinyanı qıcıqlandırıb. Buna görə də Soçidə Paşinyan bəzi pozuculuq cəhdlərinə əl atıb. Hərçənd, onun bu addımları baş tutmayıb. Belə ki, görüşün gedişində Nikol Paşinyan bəzi iddialarla çıxış edib. O çalışıb ki, üçtərəfli Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunması qeyd olunsun. Bununla yanaşı, Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması təklif ilə çıxış edib. Bütün təklifləri rədd edildiyindən, görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına da cəhd göstərib. Lakin onun bütün cəhdləri nəticəsiz qalıb. Hazırda Qarabağdakı erməni tör-töküntülərinə hansısa statusun verilməsi tələbilə bir sıra Qərb dövlətləri Azərbaycana beynəlxalq təzyiqləri artmaqdadır. Bəyanatda Qarabağ və status-kvo ilə bağlı bir kəlmənin belə, olmaması Azərbaycanın diplomatik uğurudur. Sənəddə Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin həlli yalnız BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə söykənir. Ən əsası bəyanatda tərəflərin bir-birinin “suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa” gəlinib.

Bu gün Azərbaycan heç də asan olmayan diplomatik cəbhədə də mübarizə aparır. Soşidə imzalanan üçtərəfli Bəyanat ərazi bütövlüyümüzün hüquqi müstəvidə həll istiqamətində Azərbaycanın diplomatik cəbhədə növbəti qələbəsidir.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər