BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Dövlət bayrağımızın zirvələrə qaldırılmasında Milli və Vətən qəhrəmanlarımızın, şəhidlərimizin və qazilərimizin rolu əvəzsizdir

 Azərbaycan Respublikasının Dövlət bayrağı milli kimliyimiz, azərbaycançılığımız və vətəndaşlığımızın real təcəssümüdür. Bizlər Vətənimizi, millətimizi sevdiyimzi kimi, bayrağımızı da cani-könüldən sevirik. Böyükdən kiçiyə hər kəs dövlət bayrağını görəndə və ya əlində tutub dalğalandıranda azərbaycanlı olmağı ilə fəxr edir. Bu bayraq qarşısında sayğı ilə diz çökdüyümüz qürur mənbəyimiz, milli nəfəsimzidir. Dövlət bayrağı ulu əcadadlarımızadan bu günə gəlib çıxan milli ruhu özündə yaşadaraq dövlətimizin atrubitunu təşkil edir. Dövlət bayrağımızda istiqlal ideologiyamızın üç təməl prinsipi əks olunub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 9-da Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 70 il sonra isə həmin bayraq Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edilib. Hazırda dövlət bayrağımız Azərbaycan Respublikasının ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyasında da öz əksini tapıb. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi əsas fəaliyyət soydaşlarımızı ay-ilduzlu, üçrəngli bayrağımız ətrafında birləşdimək olub. Uzun illərin dövlətçilik təcrübəsinə sahib olan ulu öndər ideoloji iş prinsipinin mahiyyətini çox dərindən bilirdi. Dövlətçilik ideyalarının yaranması və yaşaması üçün bayrağın olması vacib amildir. Ümummilli lider çox gözəl billirdi  ki, dövlət bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına çağırışdır. Məhz buna görə də ümummilli lider ilk olaraq istiqlal mücahidlərinin 70 il əvvəl qaldırdıqları bayrağı müstəqil dövlətimizin bayrağı olması ideyasını vermişdi. Ulu Öndər Heydər Əliyev dövlət bayrağına olan sevgisini belə ifadə etmişdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”,

 Bu gün dövlət bayrağımız suverenliyimizin və müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının qarşısında dalğalanır. Eyni zamanda Azərbaycanın başqa dövlətlərdə fəaliyyət göstərən səfirliklərinin qarşısında dövlət bayrağımız əzəməti ilə ucalır. Harada yaşamasından asılı olamayaraq hər bir azərbaycanlı bu bayraqla özünün hansı millətə mənsub olduğunu göstərir. Xaricdəki soydaşlarımız keçirdiklləri tədbirlərdə məhz dövlət bayrğımızı önə çəkərək qürurla dalğalandırırlar. Xüsusən xaricdə erməni lobbbisinə qarşı keçirilən etiraz aksiyalarında soydaşlarımız plakatlarla yanaşı, məhz əllərindən dövlət bayrağımızıda tuturlar. Beləcə, dövlət bayrağımız, həmçinin milli və müstəqillik, eləcə də azadlıq savaşında düşmənə qarşı mübarizə əzmidir. Prezident İlham Əliyev dövlət bayrağımızın eşidilən səsimiz, duyulan nəfəsimiz olduğunu deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Hazırda Azərbaycanın hər bir regionunda dövlət bayrağımız dalğalanır. Vaxtilə Ali Baş Komandan İlham Əliyev dövlət bayrağımızın Qarabağda da dalğanacağı vədini vermişdi. Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə cənab Prezidentin verdiyi vəd yerinə yetirildi. Bu gün Azərbaycanın Dövlət bayrağı 30 ilə yaxın həsrətində olduğumuz Qarabağda, Şuşada dalğalanır. Dövlət bayrağımızın belə zirvələrə qaldırılmasında Milli və Vətən qəhrəmanlarımızın, şəhidlərimizin və qazilərimizin rolu əvəzsizdir. Çünki onlar əzəli torpaqlarımızda məhz bayrağımız ucalısın deyə döyüşə atılıblar, canlarını fəda ediblər. İşğaldan azad olunan torpaqlarda üçrənli bayrağımız dalğalandıqca şəhidlərimizin də ruhu şad olur...

Bayrağa sevgi dövlətə sevgidən irəli gəlir. Bu sevgi vətəndaşları uğura, qələbəyə aparır. Buna görə də dövlət  bayrağı həm də qalibiyyət rəmzidir. Çünki qaliblərin şərəfinə hər zaman təmsil etdikləri dövlət bayrağı qaldırılır. Bu, hər bir vətəndaş üçün ən qürurlu andır. Dövlətlər də öz qələbəsini məhz rəsmi bayrağı ilə nümayiş etdirir. Bu gün Azərbaycan dövləti və xalqı düşmən üzərində şanlı qələbə qazanmaqla qürurlu tarixi anlarını yaşayır.

 

 

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər