BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübə göstərir ki, tarixi-siyasi şəraitdən asılı olmayaraq, yüksək liderlik keyfiyyətləri dövlətin inkişafında aparıcı rola malikdir. Lider həm də tarix yazan və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Prezident İlham Əliyev də məhz strateji hədəfləri reallığa çevirməklə möcüzə yaratdı. Prezident İlham Əliyev 2003-cü ildə siyasi hakimiyyətə gələndə Ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş, dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də məğlub edilmiş və torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Bütün bunlarla yanaşı dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi. Bütün bunların hamısını edə bilmək isə mövcud qlobal şəraitdə bir möcüzə idi. İlham Əliyev bu möcüzəni yarada bildi. Ali Baş Komandan soyuqqanlı ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətinin təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. Son 17 ildə ölkəmizin iqtisadi göstəriciləri daim artıb. İqtisadiyyatın genişlənməsi ilə paralel olaraq ölkəmizin maliyyə təminatı da güclənib. Ötən dövr ərzində respublikamıza böyük həcmlərdə investisiyalar yönəldilib. Həyata keçirilən dövlət siyasətinin mərkəzində isə hər zaman Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanıb. Azərbaycanın qüdrətinin daha da artmasınının mühüm strateji amillərindən biri də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət kursudur. Dövlət başçısının siyasətinin mərkəzində hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Ötən müddət ərzində ölkəmizin iqtisadi qüdrətinin davamlı olaraq artması vətəndaşların sosial rifahının yaxşılaşmasına, sosialyönümlü layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyev bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Bu gün əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial dövlət modelini uğurla tətbiq edən ölkələr sırasındadır. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. Xalq-iqtidar birliyi, etibarlı sabitlik və təhlükəsizlik mühiti davamlı uğurların qazanılmasını şərtləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var”. Bütün cəbhələrdə möhtəşəm qələbənin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Sentyabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmi 64 gün çəksə də, əslində, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı. Uzun illərdir davam edən və “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ bir dəfəlik və heç bir status olmadan həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu gün müstəqil Azərbaycan dövlətinin özünün ən şanlı dövrünü yaşadığını, eyni zamanda, ölkəmizin tarixdə heç vaxt bu qədər güclü olmadığını bir daha diqqətə çatdırdı. Dövlətimizin başçısı qazanılan Qələbənin bütün dünyaya bizim sözümüz ilə əməlimiz arasında heç bir fərq olmadığının əyani sübutu olduğunu qeyd edərək tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacağını vurğuladı.

Vətən müharibəsindəki möhtəşəm Qələbə Azərbaycan xalqını məğlub edilmiş xalq statusunda təqdim edilməkdən qurtararaq qalib xalq statusuna, milli birliyin və bərabərliyin simvoluna çevirdi. Bu Qələbə Azərbaycan xalqına, xalq da bu Qələbəyə layiqdir. Çünki Azərbaycan dövlətçiliyi böyük imtahanlardan keçdi. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi Qələbəsini təmin etdi. Diplomatik, siyasi və hərbi müstəvidə əldə etdiyi qələbələrlə qalibiyyətimizin simvoluna çevrildi. İlham Əliyev Qarabağ fatehi kimi adını hərbi-siyasi tariximizə qızıl hərflərlə yazdırdı. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər Sərkərdə oldu. Bir sözlə, bütün cəbhələrdə möhtəşəm tarixi qələbənin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Parlaq qalibiyyət qazanaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olan Azərbaycan regionda yeni güc mərkəzinə çevrildi. Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyevin rəhbərliyi altında öz yeni gələcəyini inşa edir və bundan sonra da dövlətimizin uğurlu inkişafı davam edəcək.

Fərid Vaqifli

Şəki Apellyasiya Məhkəməsinin əməkdaşı

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər