BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ərəb ölkələrinin qəzet və portallarında 8 Noyabr – Azərbaycanın Zəfər Günü haqqında məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, Suriya, İordaniya, İraq və Livanın “Rayetmısr”, “Yeni dünya xəbərləri”, Əxbar Əl Yom”, “Asiaelyoum”, “Nayrouz”, “Qarb” və s. qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Zəfər Gününə həsr olunmuş geniş məqaləsi yayımlanıb. Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təmkinli və müdrik siyasəti sayəsində güclü iqtisadi potensial və qüdrətli Orduya malik olan Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, rəsmi Bakı müharibədən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıq fonunda sülhpərvər missiyasını davam etdirir və işğaldan azad olunmuş ərazilərində ermənilərin viran qoyduqları şəhər və kəndləri, o cümlədən məscidləri bərpa edir.

Küveytin “Dasman” nəşrində dərc olunmuş “Prezident İlham Əliyev Azərbaycanı Zəfərə qovuşdurdu” sərlövhəli məqalədə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun tarixi Qələbəsi, dövlətimizin başçısının uzaqgörən siyasəti və böyük sərkərdəlik məharətindən bəhs edilib. Yazıda diqqətə çatdırılıb ki, işğalçı Ermənistan üzərində Qələbə qazanan Azərbaycanın azad olunmuş ərazilərində irimiqyaslı bərpa-quruculuq işləri aparılır və 30 il əvvəl doğma yurdlarından didərgin düşmüş azərbaycanlılar öz evlərinə qayıdırlar.

İordaniyanın “Əl Ənbat” qəzeti və “Nayrouz” agentliyinin saytında Zəfər Günü ilə bağlı Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovun məqaləsi yayımlanıb. Diplomat İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Zəfəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, rəsmi Bakının regionda dayanıqlı sülhə nail olunması və nəqliyyat dəhlizlərinin açılması istiqamətində səyləri barədə ətraflı məlumat verib.

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər