BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bəyanata əsasən kommunikasiyaların bərpa edilməsi yeni iqtisadi platforma meydana gətirir

 Bu gün Azərbaycan dövləti müstəqil siyasət yürüdərək beynəlxalq aləmə çoxşaxəli inteqrasiya edir. Dövlətimiz regionda bir çox beynəlxalq təşəbbüslərə müəlliflik edir. Artıq Azərbaycan dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə nail olub. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti bu gücünü bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putininin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Regionda kommunikasiyaların, xüsusən Azərbaycanın quru hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin açılması məsələsi də 10 noyabr bəyanatında əksini tapıb. Üçtərəfli bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. 11 yanvar 2021-ci il tarixində isə Moskvada bu ölkələrin liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan yeni sənəd imzalayıblar. Məqsəd regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpa etmək üçün tikinti, iqtisadi əlaqələr, infrastruktur layihələrin inkişafı üzrə konkret addımların atılmasıdır. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması regionun inkişafına səbəb olacaq. Bununla bağlı Azərbaycan üzərinə götüdüyü tarixi missiyanı icra edir. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu istiqamətdə reallaşacaq layihələr qarşılıqlı etimad mühitini formalaşdıracaq və bununla da regionda yeni inkişaf mərhələsi başlayacaq. Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 11-də Moskvada deyib ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi: “Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq”.

Bu məsələlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada 2021-ci il 26 noyabr və Soçidə 2022-ci il 31 oktyabr tarixli üçtərəfli görüşdə də müzakirə edilib və imzalanan bəyanatlarda öz əksini tapıb. Həmin görüşlərdə də cənab Prezident Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etməyin önəmini xüsusi vurğulayıb. Məlum olduğu kimi Azərbaycan tərəfindən Ermənistanla münasibətlərin normallaşdırılması üçün Ermənistana 5 əsas prinsip təqdim olunub və Ermənistan da bunları artıq qəbul edib. Azərbaycanın irəli sürdüyü bu 5 prinsipdən biri də nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasıdır. Ermənistan bu prinsipləri qəbul etsə də üzərinə götrdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.

Kommunikasiyaların bərpa edilməsi yeni iqtisadi platforma meydana gətirir. Bu, region və ətraf ölkələr üçün geopolitik və geoiqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. Regionda yeni nəqliyyat xəttinin bərpa edilməsi qlobal olaraq da öz müsbət təsirini göstərəcək. Nəzərə almaq lazımdır ki, Orta Asiya və Avropa, Türkiyə və Rusiya, İran və Avropa, Türkiyə və Orta Asiya arasında yeni kommunikasiya xətti açılır. Bu kommunikasiya xətti beynəlxalq olaraq ölkələr arasında ticari-iqtsadi əlaqələrin inkişafına təkan verəcək. Ümumi olaraq 10 noyabr Bəyanatına əsasən kommunikasiyaların bərpa edilməsi sülhün və təhlükəsizliyin, o cümlədən qarşılıqlı faydalı əməkdaşlığın qarantıdır.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər