BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsidir

 Xəbər verildiyi kimi, Türk Dövlətləri Təşkilatının (TDT) Doqquzuncu Zirvə Görüşü 11 noyabr 2022-ci il tarixində Səmərqənddə “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” mövzusunda keçirilib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi etdiyi Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor Orban iştirak ediblər.

Noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşündə türk dünyasının lüderlərinin qərarı ilə TDT sədrliyi Türkiyədən Özbəkistana keçib. 2023-cü ildə Qazaxıstanda keçiriləcək növbəti Sammitə qədər müddətli sədrlik Özbəkistana həvalə olunub. Özbəkistan Prezidenti Şevkət Mirziyoyev təşkilatın müvəqqəti prezidenti olub.

Zirvə toplantısında türk dünyasının liderləri, tarix boyu türk sivilizasiyasının inkişafında mühüm rol oynayan, türk dünyasının siyasi-ticarət-mədəniyyət mərkəzi kimi xidmət edən Səmərqəndi “Türk dünyasının sivilizasiya paytaxtı” elan ediblər.

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları təşkilatın baş katibi Bağdad Amreyevin yerinə Qırğızıstan Respublikasının Ankaradakı səfiri Kubanıçbek Ömüralıyevi qurumun yeni baş katibi təyin ediblər.

Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsidir. Ümumiyyətlə, Azərbaycan Türk Dövlətləri Təşkilatınada əsas aparıca rola malik olan dövlətdir. “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”. Prezident İlham Əliyevin Zirvə Görüşündə çıxışında dediyi bu fikir dövlətimizin mövqeyini bir daha təsdiqləyir. Cənab Prezident qeyd edib ki, türk dünyası böyük bir ailədir: “Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfər qazanması türk dünyasının da böyük sevincinə səbəb olub. Dövlətimizin başçısı türk dövlətlərinin hər hansı zirvə görüşündə Qarabağ münqaşəsinin həll olunmasını, Ermənistanın məğlubiyyətini böyük qürur hissi ilə qeyd edir. Bu Zirvə Görüşündə də Prezident İlham Əliyev Azərbaycan xalqının Zəfər Gününü fəxrlə qeyd etməsini, eləcə də Ermənistanın vandallizm və təcavüzkarlıq siyasəti, işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-quruculq işləri haqda danışıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi: “İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi”.

Xatırladaq Türk Dövlətləri Təşkilatının (TDT) Doqquzuncu Zirvə Görüşündə bir sıra sənədlər, o cümlədən yekun Səmərqənd Bəyannaməsi imzalanıb. Diqqət çəkən məqam odur ki, Səmərqənd Bəyannaməsində türk dünyasının liderləri Azərbaycan və Ermənistan münasibətləri, qarşılıqlı suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında normallaşmanı dəstəklədiklərini bir daha təsdiq ediblər. Həmçinin Azərbaycanın münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduqlarını bir daha qeyd ediblər. Bəyannamədə Zəngəzur dəhlizinin açılması da xüsusi olaraq vurğulanıb.

Bütün bunlar bir daha təsdiqləyir ki, türk sivilizasiyası yeni dövrə qədəm qoyub. Türk dünyası ortaq inkişaf və tərəqqiyə doğru irəliləyir. Eyni zamanda türk dövlətləri ümummilli problemlərinin həllinə biganə qalmır, həmrəylik göstərərək yaxından dəstək verirlər.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər