BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Cənab Prezidentin Qarabağa səfəri, işğaldan azad olunan ərazilərimizdə səsləndirdiyi fikirlər bu bölgənin infrastrukturunun inkişafı, öz doğma yurd yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların ata-baba yurdlarına qayıdışını tezləşdirir. Zəfər Günü ilə bağlı Şuşa şəhərində çıxış edən dövlət başçısı bir sıra məqamlara toxunub. Çıxışında işğaldan azad olunan ərazilərdə görülən işlər, iqtisadi, enerji, təhsil, təlim–tərbiyə, gənc nəslin yetişdirilməsi, milli, mədəni, ordu quruculuğu, xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barəsində danışan dövlət başçısı həmçinin Azərbaycan Ordusu tərəfindən iki il bundan əvvəl qəhrəmanlıqla həyata keçirilən, müharibənin taleyini həll edən Şuşa əməliyyatından fəxrlə, qürurla danışdı".

SABAHİNFO.AZ xəbər verir ki, bunu YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı Mətanət Səfərli deyib. Onun sözlərinə görə,  270 yaşlı mədəniyyət paytaxtımızın inkişaf tarixinə nəzər salanda görürük ki, Şuşanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndərin səyi və gərgin əməyi nəticəsində 1970-ci illərdə bir neçə xüsusi qərar qəbul edilib. Həmin qərarlara uyğun olaraq, şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksi, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq, ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1980-1981-ci illərdə Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məzarı üstündə məqbərə tikilmişdi. Məhz 1982-ci il yanvarın 14-də Ulu Öndər Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Çünki Ümummilli Lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı". 
M.Səfərli qeyd edib ki, Ümummilli lider Şuşa barəsində danışanda azərbaycanlıların öz doğma yurduna qayıdacağının əminliyini vurğulayırdı: "Məhz Ümummilli liderin bu arzusunu Cənab Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Şuşanı azad etməsi müasir hərb tarixində önəmli yer tutur. Alınmaz qala sayılan Şuşaya daxil olan Ordumuz Şuşa ilə yanaşı bizə milli qürurumuzu qaytardı. Artıq aradan keçən müddət ərzində Şuşada mühüm işlər görülüb. Həyata keçirilən infrastruktur layihələri Şuşanın simasını dəyişib. Bu işdə Heydər Əliyev Fondunun da mühüm rolu vardır. Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil olunan beynəlxalq tədbirlər də onu deməyə əsas verir ki, qısa zamanda Şuşa regionun ən önəmli  məkanlarından olacaq". 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər