BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan dövləti xaricdəki yeni nəslin də dilimizi, adət-ənənəmizi unutmaması məsələsini diqqət saxlayır, onlara sahib çıxır

Azərbaycan dövlətinin atdığı addımlar türklərin yaşadığı bütün coğrafiyada müsbət qiymətləndirilir. Türk dövlətlərinin birliyi istiqamətində Azərbaycan hər zaman ən yüksək rol oynayıb. Türk Dövlətləri Təşkilatının noyabrın 11-də Səmərqənddə keçirilən IX Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışında türk dünyasının birliyi məsələsinə xüsusi önəm verməsi bunun əyani sübutudur. Cənab Prezident qeyd edib ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq: “2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir”.

Türk dünyası böyük coğrafi əraziyə malikdir. Ayrıca türk xalqarı bütün qitələrdə yayılıblar. Onların assimilyasiya olmaması, milli kimliklərindən qopmamaları günümüzdə düşünüləsi vacib məsələdir. Prezident İlham Əliyev nitqində bu məsələni də gündəmə gətirib: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”. Azərbaycan bütün türk dünyasının problemlərini, türk xalqlarının milli-mənəvi dəyərlərinin qorunmasını düşünür. Bunun üçün Azərbaycan istənilən əməli addımların atılmasına hazırdır.

Cənab Prezident Zirvə Görüşündə problemi deməklə bərabər, onun həlli yolunu da təklif edib. Çünki insanın milli kimliyi, milli identifikliyi onun öz ana dilini bilməsi ilə müəyyən olunur. Ana dilini bilməyən insanın öz milli-mənəvi dəyərlərindən uzaqlaşmaq təhlükəsi var. Bu, yeni nəsil türk dünyası xaqlarının  milli dəyərlər üzərində formalaşması prosesini də zəiflədə bilər. Bu baxımdan Prezident İlham Əliyev çıxışında gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanın olmsını xüsusi qeyd edib: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır”.

Ana dili mədəni irsin təməl sütunlarındadır. İnsanın milli-mədəni mənsubiyyətini və mənəviyyatını müəyyən edən əsasların ən vacibi dil amilidir. Ana dilimizin xaricdə yaşayan azərbaycanlıların və böyüyən gələcək nəslin həyatında böyük əhəmiyyəti var və ana dilimizii qorumq hər kəsin üzərinə düşən tarixi vəzifədir. Cənab Prezident bu istiqamətdə Azərbaycan təcrübəsini, dövlətimizin xaricdəki soydaşlarımıza göstərdiyi diqqəti çıxışında qeyd edib: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”. Azərbaycan dövləti tərəfindən xaricdə yetişən gənc nəslin ana dilini bilməsi üçün bir sıra layihə, tədbir və görüşlər keçirilir. Hətta son illərdə xaricdə dilçi alimlərin iştirakıyla müxtəlif tədbirlər təşkil edilir. Bu baxımdan diaspor təşkilatlarının ofislərində, mədəniyyət mərkəzlərində “Həftəsonu məktəb”lərinin fəaliyyəti xüsusi vurğulanmalıdır. “Həftəsonu məktəb”lərinin məqsədi xaricdə böyüyən nəslin Azərbaycana daha da bağlı olmasını gücləndirməkdir. Artıq müxtəlif ölkələrdə 60-dan çox “Həftəsonu məktəbi” fəaliyyət göstərir. Bu məktəblərdə Azərbaycan dili ilə yanaşı, tarixi, mədəniyyəti, incəsəsnəti və s. tədris olunur. Bunun üçün Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olaraq “Azərbaycan dili” kitabı çap olunub. Kitabın hazırlanmasında məqsəd xaricdə yaşayan azərbaycanlı uşaqların öz mədəni irsini və dilini qorunub saxlanması və inkişaf etdirilməsinə dəstək olmaqdır. Gördüyümüz kimi, Azərbaycan dövləti xaricdəki yeni nəslin də dilimizi, adət-ənənəmizi unutmaması məsələsini diqqət saxlayır, onlara sahib çıxır.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər