BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmlənib”

Müasir dövrdə hər bir müstəqil dövlətin xarici siyasət strategiyası onun gücü, qüdrəti, resursları, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsəd və vəzifələr üzərində qurulur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, enerji asılılığının azaldılması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan yaşayışının təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Azərbaycanın xarici siyasəti və diplomatiyası, eyni zamanda, dövlətimizin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsinə, ümummilli problemlərinin həllinə yönəlib. Müstəqil dövlətimiz xarici siyasətini məhz bu vacib meyarlar əsasında müəyyənləşdirərək qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyib. Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə bağlı tədbirdə Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsiplərinin üstünlük təşkil etdiyini deyib. Onun sözlərinə görə ölkəmiz imkan daxilində ehtiyacı olan dövlətlərə kömək göstərir, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmlənib: “Azərbaycan MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi və sədrliyin müddəti bir il daha uzadıldı. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk. Hətta üzv olmadığımız təşkilatlarda da bizim dostlarımız az deyil və son illərin, ayların hadisələri onu bir daha göstərir”. Bu gün Azərbaycan öz resrursları, hərbi imkanları, siyasi qüdrəti ilə heç bir qüvvədən və dövlətdən  asılı deyil. Cənab Prezidentin bu fikirlərinin mahiyyəti bundan ibarətdir ki, Azərbaycan müstəqil dövlətdir. Bütün bunlara baxmayaraq Azərbaycan həmişə həm regionda, həm dünyada ədalətli və obyektiv münasibətlərin, dostluğun tərəfdarıdır.

Cənab Prezident YAP-ın yubiley tədbirində Azərbaycanın düşmənlərinə də öz mesajını verib: “Ölkəmiz üzv olmadığı, amma Ermənistanın üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə bacı deyirlər. Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir”. Bununla dövlət başçısı obrazlı dildə haqqdan, ədalətdən uzaq olan Fransa ilə Ermənistanın anti-Azərbaycan siyasətinin mahiyyətini açıqlayıb. Dövlət başçısının fikirlərinin anlamı budur ki, istəmədiyimiz, milli mənafeyimizə zidd məsələləri Azərbaycana qəbul etdirmək heç bir halda mümkün deyil. Belə bir şəaritdə dövlət başçısı tərəfindən Azərbaycan siyasətinin mahiyyətinin qətiyyətlə ortaya qoyulması çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətləri vasitəsilə dövlətimizə qarşı fəaliyyətini də ifşa edib. O deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim dostlarımız Ermənistanınkından daha çoxdur: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın üzvləri bu təxribata getmədilər”.

 Dünyada və regionda bir çox məsələlərə münasibətdə bu bir daha Azərbaycanın mövqeyinin otaya qoyulması baxımdan çox əhəməyətəlidir. Bu, Azərbaycan Prezidentinin dövlətinə, xalqına inamının ifadəsi, düşmənlərinə qarşı qətiyyətinin göstəricisidir. İndi heç bir regon dövləti bu məsələlərdə Azərbaycanla müqayisə oluna biməz. Fakt normal münasibətlərdə olduğumuz dövlətlərdə, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətlərində problemlər aşıb-daşır. Azərbaycan isə bütün region dövlətlərinin hamısından özünün iqtisadi sabitliyi, apardığı müstəqil siyasət və qüdrəti ilə seçilir.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər