BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yazda əriş-arğac olar

Kəlbəcərə gedən yollar

Yayda örüş-arxac olar

Kəlbəcərə gedən yollar...

Ənvər Rza

 

          İlahinin heç bir gözəlliyi əsirgəmədən , təbiətin dilbər guşəsində könlünün xoş vaxtı yaratdğı cənnət məkanlardan biri də Kəlbəcərdir. Kəlbəcərin bənzərsiz gözəlliyindən dünyanın bir çox səyyahları, tanınımış insanları dəfələrlə yazıblar.  Xoş günlərində gözəl hüsnünə, həsrətli günlərdə isə vüsal həsrəti ilə saysız –hesabsız əsərlər yaranıb.

 

                                  İlahinin hikmətindən xəbər verir hər dağ, dərə.                                 

                                  Şübhəm yox ki , Mələklər də qədəm basmış Kəlbəcərə.                                  

                                   İnsanoğlu, cahil olma, duy hikməti, bir dön geri,                             

                                  O dünyanın cənnəti var, bu dünyanın Kəlbəcəri,-

 

   deyir İslam Azimov.

          Bəli, min bir dərdin dərmanı olan şəfalı  bulaqları, gözəl təbiəti olduğu kimi də saf, zəhmətsevər,qonaqpərəst insanları ilə seçilən Kəlbəcər  qədim İnsan məskənlərindən biri olmuşdur.  "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bəli, Tərtər çayının sahili boyunca yerləşən bu ulu insan məskənində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Amma, Kəlbəcər inzibati rayon statusunu 1930-cu ildə  almışdır. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi.  Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

          Özünün xoş günlərini yaşayan Kəlbəcər,1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən  amansızcasına işğal olunmuş, mülkü,  sərvəti talan edilərək Ermənistana daşınmış, təbiəti məhv edilmiş, yandırılmış, ekoloji, mədəni, mənəvi terrora məruz qalmışdır. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.  BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır; BMT-in qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Beləcə, qədirbilən Kəlbəcər camaatı 30 il çətin köçkünlük taleyi yaşamalı oldu. Hərəmizdən bir çirin pay kaş alaydın gəlməyəydik deyə fəryad edən, bir anda fərqli iqlim şəraiti yaşayan, vətən dərdli, həssas Kəlbəcər camaatının əksəriyyəti  elə ilk illərdə dünyasını dəyişdi...

          Hər qaranlıq gecənin bir günəşli sabahı var,-deyiblər. Görünür dərdləri ilə insanları sınağa çəkən Ulu Tanrı onun dərmanını da verməyi əsirgəmiyib. Millətin xilaskarı Ulu Öndər yadiğarı yenilməz Azərbaycan Xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, canını vətən yolunda əsirgəməyən şəhidlərimizin, qanı ilə torpaqları suvaran qazilərimizin sayəsində onillərin həsrətinə son qoyuldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

          2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

          Bu gün Kəlbəcər özünün bərpa və yenidənqurma mərhələsini yaşayır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” nın icrası, ərazidə dayanıqlı enerji sisteminin qurulması, enerji və istilik təminatı məsələləri barədə qərarlar təsdiq olunub.

          Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel, uzunluğu 81 kilometr təşkil edən Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.

          202-ci ilin avqustunda və 2022-ci ilin iyun aylarnda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri hamımıza yüzilliklərin qanlı-qadalı ədalətsiz qanunlarına son qoyulacağına, həsrətində olduğumuz azad vətəndə  qayğısız , firavan yaşamaq arzumuzunun reallaşacağına ümid verir. Doya –doya seyr edib qayıdan şairlərimiz yenə də;

   Dolandım o ki var, gəzdim o ki var.

   Cənnəti gözümlə görüb gedirəm.

   Nigaran qalmışdım öz ilhamımdan,

          Köksümü şeirlə hörüb gedirəm deyərək Kəlbəcərin gözəlliklərini, abad, firavan həyatını tərənnüm edəcəklər. Amma heç vaxt siyasəti, bacarığı, canı və qanı bahasına qovuşduğumuz bu gözəl vətənin xilaskarları olan Ali Baş Komandanı, şəhidlərimizi və qazilərimizi unutmamaq şərti ilə!

 

Adil HƏMİD, şair-publisist

                                                        

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər