BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Noyabr ayının 21-də 30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının tarixinə nəzər saldıqda gözümüzün önündə çox məşəqqətli, eyni zamanda da çox şərəfli cığırlar, səhifələr canlanır. Doğrudan da, YAP-ın yaranması tarixi hadisə idi. Həmin dövrdə xalqımız böyük faciələrlə üzləşmişdi. Məhz bu üzdən ziyalılar Ümummilli lider Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdilər. Həm Yeni Azərbaycan Partiyasının müxalifət partiya kimi yaradılması, həm də dövlətin ağır problemlərini üzərinə götürülməsi böyük məsuliyyət tələb edirdi. Bəli, Heydər Əliyev bu məsuliyyəti üzərinə götürdü. Demokratik inkişafın yerində saydığı bir şəraitdə, partiyanın təsis konfransının Naxçıvanda keçirilməsi özü bir qətiyyətli addım demək idi. 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını keçirməyə nail oldu. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda, həmçinin partiyanın proqram və nizamnaməsi də qəbul edildi.

YAP-ın VII Qurultayında qəbul edilmiş qərarlar əsasında partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası, 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilib. YAP hazırda regionda ən güclü bir siyasi partiyadır. Bu gün YAP-ın üzvləri ulu öndərin siyasi kursuna sadiq olduqlarını öz əməllərilə sübut edirlər.

Hər kəsə bəllidir ki, həmin dövrdə ölkəmizdə ictimai - siyasi vəziyyət getdikcə ağırlaşırdı. Ermənistandan zorla qovulan vətəndaşlarınız respublikamızın bütün rayonlarına pənah aparmışdılar. Bununla yanaşı Xankəndidə baş qaldıran erməni separatçıları azərbaycanlıları qətlə yetirir, evlərini yandırır, qız-gəlinləri əsir götürürülər. O dövrdə Azərbaycanda hakimiyyətdə olan şəxslər bu hadisələrin qarşısını nəinki ala bilmirdilər, hətta onların qarşısından geri çəkilirdilər, qorxaqlıq nümayiş etdirirdilər. Əgər həmin dönəmdə AXC-Müsavat cütlüyü özlərində cəsarət tapıb dahi şəxsiyyət olan Heydər Əliyevi hakimiyyətə dəvət etsəydilər, ölkəmiz bu cür ağır vəziyyətə düşməz, torpaqlarımızın 20 faizi işğal edilməzdi. Deməli, nə qaçıqın və məcburi köçkünlərimiz olardı, nə də minlərlə şəhid verərdik,nə də yaralımız olardı.  1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. 1990-cı illərin əvvəllərində sərgilənən qətiyyətsiz siyasi mövqe, hərcmərclik xalqımıza çox baha başa gəlir.

Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, hələ 1970-80-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Bütün bunlar onu deməyə əsas verir ki, əgər dövlətimizin sükanı ulu öndər Heydər Əliyevin ixtiyarında olsaydı, sonrakı illərdə üzləşdiyimiz faciələrin heç biri baş verməzdi.

Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının əsas prinsipi dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək, demokratik, hüquqi dövlət quruculuğunu gücləndirmək idi. Partiya fəlsəfəsinin əsasını təşkil edən dövlətçilik, azərbaycançılıq, həmrəylik və sosial ədalət prinsipləri siyasi gələcəyimizin əsas ideya sütunları oldu. Bu gün də YAP bu prinsiplərə sadiqdir.

Hətta siyasi rəqibləri də bu gün etiraf edirlər ki, ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət idi. YAP Avropa və Asiyada iqtidarda olan bir çox siyasi partiyalarla sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAP-ı dəstəkləyir və partiyanın Sədri, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezidenti İlham Əliyevi özlərinin lideri hesab edir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq qələbə deməyə imkan verir ki, Prezident İlham Əliyev, həqiqətən də, dahi siyasətçi olan atası Heydər Əliyevin etimadını doğrultdu, Azərbaycan xalqının milli qürurunu, inamını özünə qaytardı. Baş verənləri təhlil edərkən 30 il öncə Yeni Azərbaycan Partiyasının hazırladığı milli siyasi ideologiyanın çox möhkəm əsaslara söykəndiyini söyləmək olar.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər