BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycanın hərbi, iqtisadi, siyasi, diplomatik sahədə artan imkanları ilə müqayisədə Ermənistan xeyli geridə qalıb

 Azərbaycanda aparılan islahatların əhəmiyyətli nəticəsi özünü göstərməkdədir. Bununla Azərbaycan dövləti uğurlu siaysi və iqtisadi inkişafa nail ola bilib. Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir. Neft-qaz sektoru sahəsində görülən işlər Azərbaycanın iqtisadi imkanlarını böyük dərəcədə genişləndirib. Ölkəmiz, eyni zamanda, elektrik enerjisinin ixracı ilə məşğuldur. Artıq elektrik enerjisini idxal edən ölkə deyil, ixrac edən ölkəyik. Azərbaycan bu imkanlardan səmərəli istifadə edərək iqtisadiyyatımızın digər sektorlarının inkişafına transfer edə bilib. Azərbaycan dövləti tərəfindən enerji təhlükəsizliyi məsələlərinin həllinə ciddi yanaşılır. Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bu məsələlərə toxunaraq deyib ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. “Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq”, -deyə dövlətimizin başçısı əlavə edib. Azərbaycan nəinki neft, eyni zamanda qaz ixrac edən ölkə olaraq tanınır. Azərbaycan bütün qonşu ölkələrə qaz ixrac edir və ildən-ilə bu istiqamətdə əməkdaşlıq genişlənir. Bu baxımdan konfransda cənab Prezident cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını xatırladıb: “Bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırır”.

Enerji təhlüksizliyi baxımdan bu kimi beynəlxalq əməkdaşlıq Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirir. Bu, həmçinin iqtisadi potensialımızı da gücləndirir. Buna baxmayaraq Prezdent İlham Əliyevin dediyi kimi, Azərbaycanın ixrac qazının həcminin artırılmasına tələbat var: “Həcmin artırılması üçün TAP boru kəmərinin imkanlarının genişləndirilməsi zəruridir. Nəzərə alsaq ki, Azərbaycanın TAP layihəsindəki payı cəmi 20 faizdir, biz bu işi təkbaşına yerinə yetirə bilmərik”. Azərbaycan öz milli sərvətimiz olan neft və qazdan səmərəli şəkildə istifadə edir. Ölkəmiz onları emal edirək həm bütün dünyaya xam neft ixrac edir, həm də qonşu ölkələrə neft məhsulları satır. Bütün bunlar tarixi nailiyyətdir.

Azərbaycanın nəqliyyat sektorunda da nəzərdə tutulmuş proqramların icra edilməsi böyük uğurdur. Artıq Azərbaycanın nəqliyyat infrastrukturu yenilənib. Buna avtomobil yolları, hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmir yolu daxildir. Və bütün bunlar dünya standartlarına cavab verir. Məhz buna görə də bu istiqamətdə beynəlxalq əməkdaşlıq daha da möhkəmlənib. Konfransda cənab Prezident bu baxımdan da Azərbaycanın təcrübəsini bölüşüb və fəaliyyət istiqamətlərini qeyd edib. Xüsusən Şimal-Cənub dəhlizi, Şərq-Qərb dəhlizi, nəqliyyat-kommunikasiya layihələri, eləcə də dəniz ticarət, hava limanları layihələri ilə bağlı fikirlərini bildirərək prioritetləri açıqlayıb: “Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq”.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Azərbaycanın mövqeyi dəyişməzdir. Bu, bütün beynəlxalq normalara əsaslanır. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü özü bərpa etdi, zəbt olunmuş torpaqları erməni işğalçılarından azad etdi. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq insanlar öz torpaqlarında yaşayacaqlar. Azərbaycan öz prinsipial mövqeyini həm siyasi müstəvidə, həm də döyüş meydaında otaya qoydu. Ermənistan tərəfi isə hələ də real vəziyyəti nəzərə ala bilmir. Bu məsələ ilə bağlı hazırkı durumu cənab Prezident konfransdakı nitqində belə qeyd edib: “İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Bu qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir”. Azərbaycanın hərbi, iqtisadi, siyasi, diplomatik sahədə artan imkanları ilə müqayisədə Ermənistan xeyli geridə qalıb. Ermənistan ədalətli razılaşmadan daimi qaçır. Ermənistanın danışıqlar masasında irəli sürdüyü təkliflər beynəlxalq normalara əsaslanmır. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan təkliflər heç bir halda qəbul edilə bilməz.

Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər