BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

          Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazananaraq, 44 günlük Vətən müharibəsində Zəfər tariximizi çoxəsrlik salnaməmizə əbədi olaraq həkk etdi. Azərbaycanın Zəfəri həm güclü daxili siyasətin, həm məqsədyönümlü diplomatik əlaqələrin, həm də hərbi sahədə böyük inkişafın məntiqi nəticəsidir. Azərbaycan Prezidenti çıxışlarının birində vurğuladığı kimi, "Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi."

Tarixdə görünməmiş 44 gün ərizində qazanılan Zəfər "Dəmir Yumruğ"un qarşısında hansısa bir gücün dayana bilmədiyini bütün dünyaya göstərmiş oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış və milli qürurumuzun təntənəsinə çevrilmiş Vətən müharibəsi dövründə Ermənistanın ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan öz ordusun gücü ilə tarixi qələbəni yaşamış oldu. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq dövlət başçısının ətrafında birləşdi. Qələbəmizi şərtləndirən bu və ya digər amillər müharibə zamanı hər gün bizi qələbəyə doğru yaxınlaşdırdı.

          İki il bundan əvvəl dekabrın 10-da ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Vətən müharibəsindəki qələbəmizin nümayişi döyüşlərdən qalib çıxmış bir xalqın qalibiyyət yürüşü idi. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir". Xalq səbirsizliklə Zəfər paradını, Şuşa şəhəri azad edildikdən sonra, cəsur və igid hərbçilərimiz tərəfindən orada ucaldılmış Zəfər bayrağını görmək istəyirdi. Zəfərin rəmzi - Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, eləcə də müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin və s. ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi də qalib və qüdrətli Azərbaycanından dünyaya çox mühüm mesaj oldu. Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etməsini, dünyaya öz haqqını, ərazi bütövlüyünü müdafiə etməyə qadir gücü və ordusu olduğunu göstərə bildi.

          Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın eləcə də, qardaş dövlətdən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərin iştirakı dövlətlərarası münasibətlərin, birliyimizin, dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi idi. Əlbəttə ki, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq və hər zaman qürurverici amil olaraq xatırlanacaqdır. Vətən müharibəsinin ilk saatlarından etibarən, Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi və dövlətimizin başçısı çıxışında vurğuladığı kimi, "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".

          Bu parad bir daha göstərdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən illər ərizində ordu quruculuğu prosesi uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Eyni zamanda, Zəfər paradı düşmənə verilən növbəti mesaj oldu.

          Artıq iki ilə əvvəl qələbə qazanmış Qarabağ və Şərqi Zəngəzur da yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"n yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq", - deyə Prezident bildirib. Müharibədən iki il bir ay keçməsinə baxmayaraq, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizdə həyata keçirilən tədbirlərin miqyası günü-gündən genişlənir. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan etməsi, eləcə də həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Bölgədə nəqliyyat kommunikasiyalarının bərpası, iqtisadi əlaqələrin yaradılması regionda uzunmüddətli sülh və təhlükəsizliyə töhfə olacaq. Bir sözlə qeyd etmək istəyirəm ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.

 

 

Ruslan Ağamalıyev, 157 nömrəli tam orta məktəbin Tarix müəllimi, Vətən müharibəsi iştirakçısı

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər