BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin dəvəti ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbəliyi ilə Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Həştərxan şəhərində keçirilən anım tədbirlərində iştirak etmişdir.

Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələrinin iştirakı ilə Azərbaycan İş Mərkəzində Ümummilli liderin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə ilk öncə Ulu öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları çıxışlarında bildirilmişlər ki, Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan dahi şəxsiyyət Heydər Əliyev tarixdə yetişən elə nadir şəxsiyyətlərdəndir ki, ona təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuşdur. Bu gün Azərbaycanın dinamik inkişafı məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin onun laqyiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Ulu öndərin ideyalarının əbədi yaşadılmasının nəticəsidir.
Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəbdə Həştərxan Höküməti sədrinin müavini D.Afanasyev, Həştərxan vilayətinin Təhsil naziri E.Uqarov, Həştərxan şəhərinin meri O.Polumordvinov, Azərbaycan nümayəndə heyəti, diaspora nümayəndələri, məktəb kollektivi və şagirdlərin iştirakı ilə anım tədbiri keçirilmişdir. İlk öncə məktəbin foyesində Ümummilli liderin büstü önünə gül dəstələri qoyulmuş, Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzsiz rolu haqqında danışmışlar. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş qeyd edilən məktəbin direktoru T.Tixomirova çıxış edərək Ulu öndərin həyat yolundan danışmış, yaradılmış şəraitə və məktəbə göstərilən davamlı diqqətə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkürünü bildirmişdir. Bundan əlavə Ulu öndərin anadan olmasının 100 ili münasibəti ilə silsilə tədbirlərin keçiriləcəyinin artıq nəzərdə tutulduğunu, Abşeron rayonu ilə Həştərxan vilayəti məktəbliləri arasında müsabiqələrin, telekörpü formatında dialoqların və digər müxtəlif səpkidə tədbirlərin keçirilməsini nəzərdə tutan tədbirlər planının hazırlandığı barədə məlumat verilmişdir.
Daha sonra Həştərxan Dumasının sədri İqor Martınov, Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov və vilayətin bir sıra hökümət üzvləri, Azərbaycan nümayəndə heyəti, Azərbaycan diasporasının üzvləri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin abidəsi önünə əklillər və gül dəstələri qoymuşlar.
O cümlədən, Həştərxan şəhərində yerləşən “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə əbədi məşəl önünə güllər qoyulmuşdur.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbəlik etdiyi Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olmuşdur. Ölkəmizlə Həştərxan vilayəti arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi rolu olduğunu vurğulayan İ.Babuşkin Ulu öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini, 2023-cü il ərzində “Heydər Əliyev ili” çərçivəsində Həştərxan vilayətində də bir çox tədbirlərin keçiriləcəyini qeyd etmişdir. Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açmış, Ulu öndərin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirmişdir.

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər