BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Türkmənbaşı şəhərində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri qarşılıqlı münasibətləri daha da gücləndirəcək

 Bu gün Azərbaycanla Türkiyənin münasibətləri digər dövlətlərlə müqayisə ediləcək səviyyədə deyil. Ayrıca Türkiyə, Tükmənistan və Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Baxmayaraq ki, müxtəlif tarixi hadisələr bizim xalqlarımızı bir-birindən ayrı salmışdı. Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bizim birliyimiz də bərpa olundu. İlk illərdə qardaş Türkiyənin dəstəyi Azərbaycan üçün həlledici oldu. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkə olub və ilk illərdən Azərbaycana öz qardaş əlini uzadıb. Mustafa Kamal Atatürkün əlaqələrimizin nümunəsini göstərən “Azəri türklərinin dərdləri bizim dərdimizdir, sevincləri bizim sevincimizdir” sözləri bu gün də eyni gerçəkliyini saxlayaraq Ümummilli Liderimiz Heydər Əliyevin dediyi “Biz bir millət, iki dövlətik” formulu ilə davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə bərabər addımlayır. Xüsusən 44 günlük Vətən müharibəsində Türkiyənin açıq dəstəyi bir çoxlarının Qarabağ münaqişəsinə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir, yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Prezident İlham Əliyev dekabrın 14-də Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışında qeyd etdiyi kimi strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr mövcuddur: “Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır”.

Müasir dövürdə Türkiyə sürətlə, dinamik inkişaf edən ölkələrdəndir. Türkiyə ilə Azərbaycanın birgə enerji layihələri var. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin uğurla inşa edilməsi iki dövlətin bölgədə də, dünyada da önəmini artırır. Artıq Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yoludur. Prezident İlham Əliyev Üçtərəfli Zirvə Görüşündə çıxışında deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.

Uzun illər ərzində bu məsələ bizim ölkələrimizdə, beynəlxalq maliyyə qurumlarında, sadəcə, müzakirə olunurdu. Bu önəmli layihə faktik olaraq, icra edilmirdi. Türkiyə, Gürcüstan və Azərbaycan rəhbərliklərinin iradəsi nəticəsində bu məsələnin həllinə də nail olunub. Bu, Azərbaycanı Türkiyə ilə dəmir yolu vasitəsilə də birləşdirib. Türkiyəni Orta Asiya ilə, bizim dəhlizdən keçməklə Asiyanı Avropa ilə birləşdirir. Şübhəsiz ki, bunun çox böyük, həm iqtisadi, həm də siyasi önəmi var. Bölgədə elə məsələ yoxdur Azərbaycan onu həll edə bilməsin. Baxmayaraq ki, bəzi hallarda Azərbaycana qarşı müqavimət, ədalətsiz təzyiqlərlə etmək istəyənlər olur. Lakin Azərbaycan özünu çox inamlı hiss edir. Bu gün Azərbaycanla-Türkiyənin gücü ondadır ki, bir-birlərinə arxalanırlar.

Azərbaycan-Türkiyə-Türkmənistan birliyinin güclənməsi həm ölkələrimiz, xalqlarımız, bütün türk dünyası üçün və həm də bütövlükdə, dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti var. Bu gün Azərbaycanın artan imkanları, potensialı, siyasi çəkisi, öz növbəsində, Türkiyənin və Türkmənistanın mövqelərinə də dəstəkdir. Dekabrın 14-də Türkmənbaşı şəhərində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Qarşılıqlı maraq əsasında, dərin tarixi köklər əsasında qurulmuş bu münasibətlər türk dünyasına, ümumiyyətlə beynəlxalq siyasətə öz töhfəsini verəcək.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər