BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dekabrın 14-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda birgə dinləməsi keçirilib.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbiri açaraq, ictimai dinləmənin keçirilməsi üçün şərait yaratdığına görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını ifadə edib.

Komitə sədri bildirib ki, ölkədə qadın sahibkarlarla əməkdaşlıq edən, işləyən bir çox  assosiasiyalar və təşkilatlar var. O, Azərbaycanda sahibkarlığın inkişaf etdiyini deyərək, qadın sahibkarların sayının daha da artmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin  edilməsi dövlətin daim diqqətində olan məsələlərdəndir.

Hicran Hüseynova ölkə qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyin bütün formalarının  aradan qaldırıldığını, kişi və qadınlara siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə bərabər imkanların yaradıldığını, gender bərabərliyinin təmin edildiyini söyləyib. Komitə sədri qəbul edilmiş qanunlarda sahibkarlığın inkişafı ilə bağlı məsələlərin də təsbit olunduğunu deyib.

O, Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artmasının, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyinin sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Komitə sədri qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılmasının onların idarəetmədə, biznesdə, rəhbər vəzifələrdə daha geniş təmsil edilməsi üçün önəmli olduğunu qeyd edib.

Sonra tədbirdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib. O, bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Tahir Mirkişili son illərdə qəbul olunmuş bütün dövlət proqramlarında Azərbaycanın iqtisadi inkişafında özəl sektorun rolundan danışıb. Hal-hazırda ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 85 faizinin formalaşmasında özəl sektorun iştirak etdiyini deyən komitə sədri, bunu ölkədə sahibkarlığa göstərilən dəstəyin və sahibkarlara yaradılan imkanın bariz nümunəsi kimi dəyərləndirib.

O, ölkə qanunvericiliyində qadın və kişi sahibkarlığına heç bir fərq qoyulmadığını, “Gender bərabərliyi haqqında” qanunun qəbul edildiyini, dövlət proqramlarında qadın sahibkarlığının inkişafı ilə bağlı müddəaların təsbit olunduğunu söyləyib. Son günlərdə “Mikro, kiçik və orta sahibkarlıq haqqında” qanunun qəbul edildiyini deyən Tahir Mirkişili sənəddə bütün növ sahibkarlıq üçün yeni imkanların yaradılması ilə bağlı mühüm məsələlərin əks olunduğunu qeyd edib. O, işğaldan azad olunmuş ərazilərdə işləmək üçün müraciət edən sahibkarlar arasında qadın sahibkarların da olduğunu bildirib.

Komitə sədri son vaxtlarda Sahibkarlığın İnkişafı Fondu tərəfindən bir çox sahibkarlara, o cümlədən qadın sahibkarlara güzəştli kreditlərin ayrıldığını və bunun qadın sahibkarlığının inkişafı baxımından önəmli olduğunu diqqətə çatdırıb. O, qadın sahibkarların təşəbbüslərinin dövlət tərəfindən dəstəkləndiyini bildirib.

Sonra tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək nəzərə çatdırıb ki, bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. O, qeyd edib ki, ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib.

Diqqətə çatdırılıb ki, Milli Məclisin payız sessiyasında qəbul edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanunda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri və istiqamətləri müəyyən edilir, eyni zamanda, qadın sahibkarlığının təbliğinə dövlət dəstəyinin göstərilməsi də əks olunur. Qanunun ölkədə sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkışafının daha da sürətlənməsinə xidmət edəcəyi qeyd edilib.

Orxan Məmmədov bildirib  ki, qadınların özünəməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən müvafiq tədbirlər həyata keçirilir. O, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına qadın sahibkarların da maraq göstərdiyini təqdirəlayiq hesab edib.

Bildirilib ki, regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışına dəstək verilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək.

Orxan Məmmədov qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib və rəhbərlik etdiyi qurumun onları hər zaman dəstəkləyəcəyini bildirib.

Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimov çıxış edərək  kiçik və orta sahibkarlıq sahəsində görülən işlərlə bağlı bəzi statistik rəqəmləri səsləndirib. O, qadın sahibkarlara dövlət tərəfindən göstərilən dəstəyin əhəmiyyətindən danışıb.

İctimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlardan Sədaqət Vəliyeva, Rüfət Quliyev, Tamam Cəfərova, Sevil Mikayılova, Nigar Arpadarai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, USAİD PSA “Assosiasiyalarda Qadınlar” Komponentinin rəhbəri Şəlalə Kamilova, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarəedici direktoru Jalə Hacıyeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibinin müavini Xəqan Hümmətzadə, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva çıxış edərək, ölkəmizdə sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafı ilə əlaqədar qanunvericilikdə tətbiq olunan qaydalarla bağlı fikirlərini açıqlayıblar, bir sıra qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda qadınların müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə geniş şəkildə məşğul olması üçün dövlət tərəfindən göstərilən diqqət və qayğı təqdir edilib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımların önəmli olduğu bildirilib.

Tədbirdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışlarda qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.

Müzakirələrə yekun vuran Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ictimai dinləmənin səmərəli keçdiyini bildirib. O, ölkəmizdə həyatın bütün sahələrində qadınlar üçün yaradılan imkanlardan danışıb, o cümlədən qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən layihələrin vacibliyini qeyd edib.


Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib

Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib

Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər