BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Şuşa-Laçın yolundakı aksiyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin ekoloji cinayətlərinə yönəltməkdir

 

Ermənilər 30 il işağl altında saxladıqları Azərbaycan torpalqarında təkcə insan genosidi deyil, həmçinin ekoloji terror törədiblər. Ərazinin ekoloji tarazlığı pozulub, genişmiqyaslı hərbi eroziya yaranıb. Respublikanın müharibəyə məruz qalan ərazilərində yaşıllıqlar dağılıb, vəhşi heyvanların bir qismi qırılıb, bir qismi ərazini tərk edib zooloji genosid (zoosid) yaranıb. İşğaldan azad olunan ərzilərdə məlum olub ki, ekosistemlər dağılıb. Ərazi sursat qalıqları ilə çirklənmiş, basdırılan minalar daimi təhlükə mənbəyinə çevrilib. Meşələr, meşə zolaqları, otlaqlar, kəndlərdə qalan binalar və başqa obyektlər düşməncəsinə yandırılıb, tarixi abidələr məhv edilib, çaylarımız məqsədli şəkildə çirkləndirilib. Prezident İlham Əliyev ermənilərin bu vəhşiliklərini ekosid - ətraf mühitə qarşı genosid adlandırıb: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib. Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib...Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər”.

Azərbaycanın işğala məruz qalmış rayonlarında ermənilər yeraltı sərvətlərimizi də qarət ediblər. Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunmasına baxmayaraq,  Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bu gün də təbii sərvətlərimizi erməni quldurları talayırlar. Bununla bağlı dekabrın 12-dən başlayaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası keçirirlər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.

Nəzərə çatdıraq ki, Arazın qolu olan Oxçuçay (Azərbaycan ərazisində 580 km olan) tarixən Azərbaycanın, 1920-ci ildə isə Ermənistan tərəfindən ilhaq olunan Qafan, Qacaran mis-molibden və Ley-Liçkivaz qızıl yataqlarının zərərli sularını Araz çayına axıdır və onu dözülməz dərəcədə çirkləndirir. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən çayda monitorinqlər aparılıb. 2021-ci ilin yanvar-iyun aylarında Oxçuçaydan götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. ETSN-nin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı iki, dəmir dörd və nikel yeddi dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. Bu səbəbdən çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.  Bununla bağlı bütün beynəlxalq təşkilatlara məktubla müraciət edilib. Lakin hələ də konkret nəticə yoxdur. Başqa sözlə,  Ermənistanın Azərbaycana qarşı bu gün də belə həyata keçirdiyi ekoloji terror  davam edir. Lakin beynəlxalq təşkilatlar hələ də problemə göz yummaqdadırlar. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

Şuşa-Laçın yolundakı aksiyanın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin ekoloji cinayətlərinə yönəltməkdir. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır. Dünya ermənilərin bu cünayətlərindən xəbərdar olmalıdır. Bu gün Azərbaycana məxsus olan ərazilərdə ermənilər talançılıq edirlər. Azərbaycan ictimaiyyəti isə buna qarşı haqlı olaraq etiraz edir. Azərbaycanın təbii sərvətlərindən ermənilərin və onların havadarlarının istiafədə etməsi yolverilməzdir.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər