BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənilər üçün problem elə Vardanyanın özüdür

Qarabağ  separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan çətin duruma düşüb. O, bir neçə ay öncə Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan əraziyə gələrkən ermənilərə xeyli şirnikləndirici vədlər vermişdi.

Üstəlik, Azərbaycanın ərazi bütövlüyünə zidd açıqlamalar səsləndirmişdi. Hazırda isə Vardanyan Qarabağdakı mülki ermənilərin ondan verdiyi vədlərin hesabını sormaqdan qorxur. Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası separatçıların planlarını pozub. Bu səbəbdən də, R.Vardanyan mülki ermənilərin diqqətini özünün yaratdığı problemlərdən yayındırmaq üçün müharibə məsələsini “gündəmə” gətirib. Belə ki, bir neçə gün öncə Xankəndidə “izdihamlı” mitinq çağıran, lakin buna nail ola bilməyən rusiyalı milyarder əvəzində Ağdərə şəhərində və Xocavənd rayonunda təxribat məqsədli görüşlər keçirib. Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub. Müəssisənin işçiləri ilə görüşdə o, müharibənin davam etdiyini qeyd edib və işçiləri hərbi əməliyyatlara hazır olmağa çağırıb: “Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. “Ağıllı” həllər tapmalı və mübarizəyə hazır olmalıyıq”. Onun sözlərini Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana qarşı terrora çağırışı kimi də qiymətləndirmək olar. Bu fikirləri ilə Vardanyan yeni təxribatlar törətmək üçün ölkəmizin ərazisində olduğunu bir daha sübut edib.

"Xeber 7" məlumat verir ki, məsələ ilə bağlı "Yeni Azərbaycan" qəzetinə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, R.Vardanyanın məqsədi Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaqdır. Buna görə də, o “Azərbaycanla birgə yaşamaqdan söhbət gedə bilməz, biz yanaşı yaşaya bilərik”, “biz öz haqlarımızı qorumaq üçün silaha sarılacağıq”, “Azərbaycanın Qarabağda suverenliyini heç vaxt qəbul etməyəcəyik” kimi sərsəm, reallıqla uyğun gəlməyən fikirlər səsləndirib. İndi dönüb arxasına baxır ki, onun Xankəndini tərk etməsi getdikcə zərurətə çevrilir. Emissarın qorxduğu odur ki, yerli ermənilər artıq Vardanyanın onlara ciddi problem yaratdığını  dərk etməyə başlayıblar. Onun bədnam missiyasına qədər bölgədə proseslər belə dramatik xarakter almamışdı. İstər Ermənistan rəhbərliyi, istərsə də sülh prosesində iştirak edən beynəlxalq təşkilatların təmsilçiləri Qarabağın Azərbaycanın suverenliyinin bir parçası olduğunu etiraf ediblər. Lakin rusiyalı milyarder bölgəyə gəlməklə təxribatlar yolu ilə vəziyyəti dəyişməyə çalışır.

Politoloqun sözlərinə görə, Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının dinc aksiyası Vardanyanın planlarını pozduğu üçün o, aksiyanın mahiyyətini yerli ermənilərə təhrif edir: “Azərbaycan nə edir, Qarabağdakı erməni əhaliyə, bölgədəki Rusiya hərbçilərinə problem yaradırmı? Bu günə qədər aksiyanın keçirildiyi əraziyə hansı erməni əsilli vətəndaş yaxınlaşıb ki, onların keçməsinə problem yaradılıb? Cavab odur ki, azərbaycanlı fəallar yolu bağlamayıblar, sadəcə orada etiraz aksiyası keçirib Qarabağın sərvətlərinin talan edilməsinə, Vardanyanın və digərlərinin cinayətkar davranışlarına, Laçın yolunun hərbi xuntanın qanunsuz silahlı birləşmələri üçün təminat yoluna çevrilməsinə etiraz edirlər. Yol dinc erməni əhali üçün açıqdır, sadəcə onu iki tərəfdən Rusiyalı hərbçilər bağlayıb”.

Həmsöhbətimiz qeyd edib ki, yerli erməniləri müharibəyə çağıran Vardanyanın “ağıllı həll yolu” haqqında fikirləri çox gülüncdür: “Bir tərəfdən əhalini müharibəyə çağıran rusiyalı milyarder, digər tərəfdən “ağıllı” həll yolundan danışır. Əslində, bir-birinə zidd mövqe ortaya qoyan Vardanyan deyəsən, özünə yaratdığı problemlər fonunda ağlını itirir. İlk növbədə, mülki ermənilər qətiyyən müharibə istəmir. Çünki 44 günlük müharibədə bütün Ermənistan yaxşı dərs aldı, sadə ermənilər müharibə tərəfdarı deyil. Yeni müharibənin də onlar üçün necə fəlakətli olacağını anlayırlar. Buna görə də, Vardanyanın müharibə çağırışı mülki ermənilər   tərəfindən qəbuledilməzdir. Ağıllı həll yoluna gəlincə, bu, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından, dövlətimizin qanunları çərçivəsində yaşamalarından keçir. 10 noyabr birgə bəyanatının 7-ci bəndində deyilir ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu o deməkdir ki, azərbaycanlılar Xocalıya, Xankəndiyə və rus sülhməramlılarının nəzarətində digər ərazilərə qayıtmalıdır və qayıdacaqlar. Proses bunun üzərində qurulmalıdır. Ona görə də, Vardanyanın pozucu fəaliyyəti fiaskoya məhkumdur. O, mülki erməniləri çox da aldada bilməyəcək. Tezliklə yerli ermənilər anlayacaqlar ki, onlar üçün əsas problem elə Vardanyanın özüdür”.

N.BAYRAMLI

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər