BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Cənubi Qafqazda yeni geosiyasi düzəni yaradan səbəblərdən biri dünyanın qlobal nizamında baş verən mövqe savaşlarının müxtəlif qütblərdə yaratdığı dalğalnmaların təsiridirsə, digər tərəfdən Azərbaycanın bu təsirləri neytrallaşdıran resurslarla milli maraqları önə çəkən siyasi iradəyə sahib olmasıdır. Regionda yaranan əlverişli geosiyasi vəziyyətə hazırlaşmaq, milli maraqları önə çəkmək kimi “ağıllı gücdən” istifadə imkanlarına sahib olmaq üçün Azərbaycanın qarşısında Cənubi Qafqazın super gücünə çevirilmək vəzifəsi dayanırdı. Bu gün Azərbaycan regionda baş verən proseslərdə birmənalı şəkildə əsas aktorlardan biridir. Bu günümüzün reallığıdır, bu geosiyasi faktdır.

Vətən savaşında qələbənin əldə olunmasının siyasi-iqtisadi-hərbi və geosiyasi əsaslarını Azərbaycan 30 ilə yaxın bir müddətdə çətin və gərgin şərtlər altında geostrateji manevr etməklə və təmkin göstərəməklə yaratmışdır.  Məhz bu gün qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini bütövlükdə hiss etmək üçün yaradılan iqtisadi və geostrateji Azərbaycan “Bir millət iki dövlət” ideyasını təkcə mənəvi-psixoloji məqsədlər üçün istifadə etmədi, həmdə qardaş Türkiyəni “dəmir xətlərlə” fiziki olaraq özünə birləşdirdi. Bütün bu görülən tədbirlərin nəticəsi olaraq qardaş Türkiyə dövləti Cənubi Qafqazda geosiyasi proseslərdə aktiv rol ala bildi. Məhz bu reallıqlar müstəvisində Azərbaycanın siyasi iradəsi və şanlı ordusu yeni tarix yazdı. Məsələ ondadır ki, BMT –nın qəbul etdiyi qətnamələrin 30 ilə yaxın bir müddətdə icrasını həyata keçirə bilməyən dövlətlərin işini Azərbaycan ordusu təkbaşına gördü.
Azərbaycan, eyni zamanda, regionda yeni geosiyasi situasiya formalaşdırdı. Azərbaycanın tarixi ədaləti bərpa etməsi regionda yeni əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşmasını, yeni işbirliyi formatı və mexanizmlərinin yaranmasını şərtləndirən strateji faktora çevriləcək. Dolayısıyla, bu, regional və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Təbii ki, Azərbaycanın liderliyi və aparıcı mövqeyi ilə gerçəkləşdiriləcək yeni əməkdaşlıq platformaları Cənubi Qafqazın Avrasiyanın əsas nöqtələrindən birinə çevrilməsinə səbəb olacaq. Beləliklə, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişi davam edəcək.

Hazırda enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Geosiyasi vəziyyətdəki dəyişikliklər fonunda enerji təminatı dünya ölkələrinin prioritet məsələlərindən birinə çevrilib. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Uzun illərdir Avropaya neft ixrac edən ölkəmiz artıq qaz ixrac etməklə də qədim qitə ölkələrinin etibarlı tərəfdaşına və beynəlxalq bazarda etibarlı qaz təchizatçısına çevrilib.

Azərbaycanın qarşısında yeni tərəqqi dövrü dayanır, ölkəmiz yeni inkişaf mərhələsinin astanasındadır. Yəni işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi, investisiya yatırılması, yeni iqtisadi platformaların yaradılması həm Azərbaycanın funksional iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edəcək, həm də ölkəmizin regional güc mərkəzi kimi dünya iqtisadiyyatına inteqrasiyasını daha da sürətləndirəcək.
İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. 

Bütövlükdə, bütün bu reallıqlar Azərbaycanın milli gücünün daha da artmasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və ölkəmizin qarşısında yeni strateji perspektivlərin açılmasına xidmət edir.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

0

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər