BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avropa Parlamentinin yanvarın 18-də Qarabağın dağlıq hissəsi ilə bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn norma və prinsiplərinin aşılması, həmçinin suveren Azərbaycan Respublikasının daxili işinə qarışılması kimi xarakterizə oluna bilər. 11 bənddən ibarət bu kağız parçası gülməli olsa da, ermənilərin birtərəfli tələblərini özündə əks etdirməklə bərabər, təkcə Azərbaycanı ittiham edir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.Deputat qeyd edib ki, Avropa Parlamenti qətnamənin 2-ci bəndində Azərbaycanı 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinə hörmət etməyə çağırır. Maraqlıdır, niyə bu çağırış Ermənistan üçün səslənmir? Amma Azərbaycan üzərinə düşən bütün öhdəlikləri icra etdiyi halda, bu bəyannamənin 4 bəndi Ermənistan tərəfindən bu gün də icra edilməyib. Belə ki, erməni qanunsuz silahlı birləşmələri bu gün də sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə qalmaqdadır. Eyni zamanda, Azərbaycanın Qarabağ ərazisinə yeni silahlar və qüvvələr də gətirilir. Bu isə heç bir beynəlxalq hüquqa və konvensiyalara uyğun gəlmir və Ermənistanın öhdəliklərinə əməl etmədiyini bir daha sübuta yetirir.“Qətnamədə Laçın yolunun bağlanmasından danışılırsa, niyə görə 32 il blokadada saxlanılan Naxçıvanın 465 min əhalisinin hüquqlarının təmin olunmasından danışılmır? Həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvana maneəsiz keçidinin təmin edilməsi, eyni zamanda, azərbaycanlı qaçqın və köçkünlərin Qarabağın dağlıq ərazisinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaytarılması məsələsi gündəmə gətirilmir? Yəni 32 il öz yurd-yuvalarından ayrı salınmış azərbaycanlıların hüquq və azadlıqlarının bərpası Avropa parlamentində niyə müzakirəyə çıxarılmır? Bütün bu suallar hələ də cavabsız qalır”, - deyə Azər Badamov vurğulayıb.O bildirib ki, uzun illər həllini gözləyən məsələləri bir kənara qoyaraq Ermənistanın yalanı üzərində qurulmuş bir kağız parçasının qəbul edilməsi Avropa Parlamentinin beynəlxalq hüquq normalarından uzaq olduğunun və erməni lobbisinin maliyyəsi hesabına qərarlar qəbul etməsinin bir sübutudur. Avropa Parlamentinin rəhbər şəxsləri korrupsiya əməllərində dəfələrlə ittiham olunmasına baxmayaraq, bu təcrübə təəssüf ki, bu gün də davam etməkdədir. Ölkəmiz əleyhinə hazırlanmış iftira dolu qətnamə beynəlxalq hüququn bütün normaları aşaraq Laçın yoluna BMT və ATƏT-in missiyasının göndərilməsini tələb edir. Görəsən, bu maddəni qeyd edəndə Azərbaycanın fikrini soruşublarmı? Təəssüf ki, xeyr. Qeyd edə bilərik ki, Avropa Parlamenti özünə bir az da olsa hörmət edirsə, belə ittiham dolu sənədləri ancaq Ermənistana qarşı qəbul etməlidir. Ona görə ki, regionda sülhün yaranmasına mane törədən yeganə tərəf Ermənistandır. Avropa Parlamenti isə qış yuxusundan ayılmalı və ermənilərin maliyyəsi hesabına qərarlar qəbul etməkdən çəkinməlidir.

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər