BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Davos İqtisadi Forumu parçalanan dünyanın iqtisadi xəttini və nizamını özündə əks etdirir. Hazırda dünyada və ətrafımızda gərgin hadisələr baş verir, ictimaiyyət bəzən üçüncü dünya müharibəsinin getdiyi qənaətindədir. Nəzərə almaq lazımdır ki, gərgin hadisələr, hətta parçalanma Azərbaycanın yaxınlarında baş verir. Dünyadan təcrid olunmuş iki əsas qüvvədən biri şimalımızda, digəri isə cənubumuzda yerləşir. Belə gərgin şəraitdə Azərbaycan uzaq Şərqlə Avropanı birləşdirən Orta Dəhliz məsələsini də öhdəsinə götürmüşük. Ölkəmiz qonşularımızla münasibətləri korlamamaq və eyni zamanda, nəqliyyatla bağlı yeni missiyanı yerinə yetirmək üçün çalışır.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov söyləyib.

Rusiyanın Avropanın enerji bazarından çıxarıldığını qeyd edən R.Musabəyov bunun Azərbaycan üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. Deputat bildirib ki, “Köhnə qitə”nin etibarlı və strateji tərəfdaşına çevrilən Azərbaycan mövqelərini gücləndirir. O qeyd edib ki, Azərbaycanın bu bazardan çıxarılması üçün şübhəsiz ki, təzyiqlər də olacaq.

R.Musabəyov bildirib ki, vaxtilə Orta Dəhliz layihəsindən söhbət düşəndə çoxları bunun səmərə verməyəcəyini deyirdi. Dünyada baş verən hadisələr fonunda hazırda demək olar hamının Orta Dəhlizə ehtiyacı yaranıb. Ona görə çalışırıq ki, Ələt İqtisadi Zonasından daşımaların həcmini artıraq. Həmçinin Gürcüstandan da keçən dəmir yolları ilə daşımanın həcminin iki mərhələdə azı 5 milyon tona çatdırılması nəzərdə tutulur.

Qarabağ məsələsi ilə bağlı ölkəmizə qarşı təzyiqlərdən də danışan deputat deyib: “Ölkəmiz coğrafi cəhətdən çox əlverişli mövqedə yerləşir. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və biz o torpaqları Zəfərimizlə işğaldan azad etmişik. Ölkəmiz beynəlxalq hüququn normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Bu gün güc Azərbaycanın tərəfindədir. İndi bir çoxları qara təbliğat və çirkin diplomatik yollarla bizə təzyiq göstərərək torpaqlarımızı əlimizdən almaq istəyirlər. Onlar heç nəyə nail ola bilməyəcəklər, Azərbaycanın iradəsi ilə hesablaşmağa məcbur olacaqlar”.

Ermənilərin Qarabağ məsələsinin açıq qalmasına çalışdıqlarını söyləyən politoloq qeyd edib: “Reallıq ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiası puça çıxdı. Qarabağ mövzusu artıq bağlanıb, geriyə isə sülh müqaviləsinin imzalanması qalır. Bizim azlıqların hüquqları ilə bağlı beynəlxalq öhdəliklərimiz var. Bu ərazilərdə qalan ermənilər Azərbaycan vətəndaşları olaraq rahat yaşaya bilərlər”.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər