BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında olan münasibətlərin inkişafına töhfə verəcək. Səfər zamanı iki dövlət arasındakı əlaqələrin inkişafına xidmət edən vacib sənədlərin imzalanması, Prezident İlham Əliyev və Baş nazir Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalamaqla strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoydular”. Bunu YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib.

Onun sözlərinə görə, qarşılıqlı səfərlər əlaqələrin yüksələn xətt üzrə inkişafına hesablanıb: Dövlət başçısı İlham Əliyevin Macarıstana səfəri geniş gündəliyə malik olmaqla Azərbaycan-Macarıstan münasibətlərində yeni səhifənin açılmasına səbəbdir. Belə ki, buna qədər münasibətlər stateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Son imzalanan sənəd isə həm dolğunluğu və əhatə dariəsinə görə fərqlənir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan-Macarıstan əlaqələrinin tarixi qədimdir. Macarıstan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alıb. Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış Macarıstanla diplomatik münasibətlər 1992-ci ilin aprelindən yaranmağa başlayıb. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri əlaqələrin yüksələn xətlə inkişafını təmin edib. Hələ 2014-cü ildə Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanıb.

Macarıstan məhz milli mənsubiyyətindən irəli gələrək Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilib. Azərbaycanla bu ölkə arasında TDT çərçivəsində də səmərəli əməkdaşlıq mövcuddur”.

 M.Səfərli Macarıstan rəhbərinin Azərbaycana və dövlət başçısı Cənab İlham Əliyevə münasibəti xoş niyyətdən xəbər verir: “Prezident İlham Əliyevin Macarıstana rəsmi səfərinin ən yaddaqalan məqamlarından biri Macarıstan rəhbərliyinin Azərbaycana yüksək münasibətinin təcəssümü oldu. Baş nazir Viktor Orbanın "Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı - bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə arxalana bilmərik. Biz bu qərarı verdik, gəlin Azərbaycana tərəf gedək" sözləri xoş niyyətdən xəbər verir. Azərbaycan Prezidentinin hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Bir müddət əvvəl Davos İqtisadi Forumu da bunu təsdiq etdi. Macarıstanın Baş naziri Viktor Orbanın da söylədiyi fikirlər Prezident İlham Əliyevə beynəlxalq səviyyədə olan yüksək ehtiramın ən gözəl nümunəsidir. Viktor Orbanın "Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm" sözləri Prezident İlham Əliyevin qlobal nüfuzuna verilən ali qiymətin, dövlətimizin başçısının şəxsiyyətinə olan yüksək ehtiramın göstəricisidir. Macarıstan Baş nazirinin bu sözləri Prezident İlham Əliyevin geopolitik məkanda proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən lider olması barədə söylənən fikirlərin davamıdır. Bir müddət əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiçin də İlham Əliyevlə bağlı oxşar məzmunda fikirlər söyləmişdi”.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər