
Siyasət
08.02.2023 / 15:56
Ərdoğan Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib
“Qarabağ müharibəsində biz qardaşlarımızın yanında olduğumuz kimi, bu ağır gündə də onlar bizim yanımızdadır”.
APA-nın Türkiyədə ezam olunmuş əməkdaşı Səlcuq Elçin xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan FHN xilasedicilərinin Kahramanmaraşda zəlzələ bölgəsində axtarış-xilasetmə işləri ilə tanış olandan sonra bildirib.
Ərdoğan dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.