BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Vardanyan Qərbin Rusiyaya qarşı yönəltmiş olduğu sanksiyalardan sonra, Rusiyanı tərk edib, haradasa yenə çırkli yollarla varlanmaq niyyətində olduğu üçün Azərbaycanın tarixi torpaqları olan Qarabağ və Xankəndi şəhərinə üz tutmuşdu. Orada yaşayan erməni vətəndaşlarımızı aldadaraq, onlara vədlər verərək, məskən salmışdı. Bir müddət sonra isə, orada yaşayan erməniləri qızışdıraraq, müəyyən populist fikirlər səsləndirməyə başladı. Onları inandırmağa çalışırdı ki, hər şey Vardanyanın dediyi kimi olacaq”…

 

“Xeber 7” məlumat verir ki, bu barədə bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev şərh verib. Politoloq prezident İlham Əliyevin fikirlərini sitat gətirərək, qeyd edib ki, orada yaşayan ermənilər Azərbaycan qanunları ilə, Azərbaycan bayrağı altında yaşamalıdırlar. Əks təqdirdə hara istəsələr, gedə bilərlər. Çünki Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağında yaşayan ermənilər də, başqa millətlərin nümayəndələri də mütləq şəkildə qanunlara uyğun yaşamalıdırlar.

 

R.Alıyev deyir ki, Ermənistanda olan səlahiyyətli şəxslər və Ermənistan mətbuatı da dəfələrlə Vardanyanın Xankəndidə yaşayan ermənilərə ümidverici bir insan kimi deyil, öz məqsədləri üçün gəldiyini iddia edib.

“Qarabağda separatçı rejimin nümayəndəsi Araiklə də Vardanyan arasında münasibətlər soyuq idi, onlar arasında gizli savaş gedirdi. Vardanyanı ora göndərənlər də, Ermənistan rəhbərliyi də çox yaxşı bilirdi ki, Vardanyan orada qala bilməyəcək, müvəqqətidir. Bilirdilər ki, Azərbaycan dövləti buna heç bir zaman icazə verə bilməz”-deyən R. Alıyev Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyaların da bu məsələdə böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Onun sözlərinə görə, dünya ictimaiyyəti bu aksiyaları görürdü. Ekoterrora qarşı mübarizə, Azərbaycan dövlətinin kəskin mövqeyi öz nəticəsini verməli idi.

“Erməni mətbuatının məlumatına görə, Vardanyan artıq Moskvadadır, geri dönmək də istəmir. Orada yaşayan ermənilər bilməlidir ki, Azərbaycan dövlətinə sığınmaqdan, Azərbaycan dövlətinin qanunlarına riayət etməkdən, Azərbaycan bayrağı altında yaşamaqdan başqa yolları yoxdur.

Araikin Xankəndiyə uzun müddətdən sonra geri dönməsi Vardanyanı narahat edirdi. Vardanyan istəyinə nail ola bilmədiyini başa düşüb, rus sülhməramlılarının çirkli paltarlarının içərisində oradan qaçdı. Bu da onların qorxaq insan olduğunu sübut edir”-politoloq əlavə edib.

 

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər