BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Ümumiyyətlə, Türkiyədə keçiriləcək Prezident seçkilərinin nəticələri və seçkilərlə bağlı məsələlər təkcə türk xalqının məramında deyil, digər böyük dövlətlərində marağındadır. Azərbaycan üçün Türkiyənin güclü olması vacibdir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar”. 

"Xeber 7" məlumat verir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, keçirilən son seçkilərdə AKP Partiyası qalib gəlmişdi: “20 ilə yaxındır ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olub və bu müddət ərzində bir çox uğura imza atıb. Bugünkü gündə Türkiyə regionda və dünyada söz sahibi olan bir ölkədir. Türkiyənin bu cür uğur qazanması dost dövlətləri sevindirdiyi kimi, onun güclənməsini istəməyən qüvvələri də qıcıqlandırır. Hesab edirəm ki, bütün bunlar Rəcəb Tayyib Ərdoğanın səyləri, siyasi bacarığı və yüksək iradəsinin nəticəsidir. Ona görə də Türkiyə milləti üçün çox yaxşı olardı ki, siyasət davam etsin və AKP Partiyasının layiqli nümayəndəsi Rəcəb Tayyib Ərdoğan Prezident seçilsin”.

Politoloq sözlərinə davam edərək qeyd edib ki, Türkiyə ilə Azərbaycan dost ölkədir: “Bu dostluq həmin ölkələrin liderlərindən də çox asılıdır. Əminliklə deyə bilərəm ki, Azərbaycan və Türkiyə tarixində hər iki ölkənin hazırki liderlərinin bir-birinə qarşı olan münasibəti və doğmalığı bugünə kimi heç bir liderlər arasında olmamışdır. Əgər Türkiyədə başqa bir lider olsa və bizim ölkə başçımızla əlaqələri indiki səviyyədə olmasa idi, bu iki xalq arasındakı münasibətlər də belə səviyyədə olmayacaqdı. Həm qardaş ölkəylə əlaqələrimizi, həm də Türkiyənin daxili inkişafını nəzərə alaraq təbii ki, arzulayırıq ki, Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçilsin. Düşünürəm ki, bu belə də olacaq. Çünki Türkiyə xalqı qədirbilən və öz inkişafını düşünən xalqdır. Onlar çox gözəl bilir ki, son 20 ildə əldə edilən uğur Türkiyə tarixində heç vaxt olmayıb. Bu reallıqdır və bunu siyasətdən başı çıxan hər kəs bilir. İnanıram ki, Türkiyə Respublikasının vətəndaşları ölkələrinin uğuruna, gələcəyinə səs verəcək. Bu da təbii ki, cənab Rəcəb Tayyib Ərdoğan olacaq”.

 

Müəllif: Ləman Əlizadə

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər