BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Prezident İlham Əliyev: “Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil”

 Azərbaycanın son illərdəki yüksəlişinin əsasını ölkə iqtisadiyyatının inkişafı təşkil edir. Artıq respublikamız çox nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən dinamik inkişaf edən ölkə kimi etiraf olunur. Azərbaycanın dünyada nüfuzunun artmasında ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərinin də mühüm rolu var. Beynəlxalq tədbirləri təşkil etməklə Azərbaycan özünü bütün dünyaya sürətlə inkişaf edən ölkə kimi tanıtmaq fürsətini qazanıb. Əlbəttə ki, Azərbaycanın bu iqtisadi inkişafının, ümumiyyətlə uğurlarının kökündə dayanan ən mühüm və həlledici faktor neft-qaz amilidir. Lakin son illərdə, xüsusən də, 2022-ci ildə müşahidə etdilən dəyişikliklərdə inkişafın daxili strukturunda yeni meylin ortya çıxdığı görünür. Bu da Azərbaycanın iqtisadi potensialında qeyri-neft sektorunun rolunun artması ilə əlaqədardır. Əgər inkişaf templəri nöqteyi-nəzərindən müqayisə aparılsa, qeyri-neft sektorunun yüksəliş tempi neft sahəsində müşahidə olunan inkişaf tempindən əhəmiyyətli dərəcədə yüksəkdir. İldən-ilə Azərbaycanda ümumi daxili məhsulun formalaşmasında neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektoru və bu sahədə əldə olunan gəlirlər daha çox rol oynamağa başlayıb. 2021-ci il martın 5-də YAP-ın VII qurultayında Prezident İlham Əliyev geniş nitq söyləyib, iqtisadi məsələlərlə də bağlı perspektiv fəaliyyət istiqamətlərini göstərib: “Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır”.

Azərbaycanın inkişafı dayanqlı və uzunmüddətli xarakter daşıyır. Təbii ki, neft tükənən sərvət olsa da, neft hasilatının yaratdığı imkanlardan iqtisadiyyatın digər sferalarının inkişaf etdirilməsi üçün faydalı şəkildə istifadə edilir. Məhz bunun sayəsində Azərbaycanın iqtisadi inkişaf tempi daha da artıb. Dövlətimizin başçısı YAP-ın qurultayında bundan sonrakı hədəfləri də açıqlayaraq iqtisadi müstəqilliyimizin önəmini vurğulayıb: “İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə Azərbaycan heç kimdən asılı deyil. İqtisadi sahədə ən qabaqcıl yerlərdə olan Azərbaycan - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından öndədir. Ölkəmizə gələn investisiyalar dayanmadan artır”.

Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayından sonra partiyanın strateji fəaliyyət istiqamətlərini müəyyən edən Proqram müəyyən olunub. Partiyanın yeni Proqramı 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir. Burada “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və  Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi müddəalar öz əksini tapıb.

32 illik müstəqillik tarixinə malik olan ölkəmizin iqtisadi uğurları artmaqdadır. Ümumiyyətlə, Azərbaycan müstəqil siyasət həyata keçirir və öz gücünə inanır.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Bütün xəbərlər