BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün Azərbaycan Qafqazın sakit və davamlı inkişaf edən region olmasında maraqlıdır

 Məlumdur ki, 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya birgə bəyanat imzalayıblar. Bu bəyanatın bütün müddəalarına tərəflərin ciddi əməl etməsi sülhə aparan yeganə mümkün və real yoldur. Hazırda Azərbaycan bu baxımdan üzərinə düşən bütün öhdəlikləri yetrinə yetirir. Ermənistan isə bəyanatın müddəalarını icra etməmək üçün bəhanələr gətirir. Bu gün Azərbaycan- Ermənistan sərhədinin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı olan bəyanatların ardıcıl icrası ilə iki ölkə arasında münasibətlərin sabit şəkildə normallaşmasına nail olmaq mümkündür. Azərbaycan tərəfindən buunla bağlı Ermənistan rəhbəliyinə dəfələrlə aydınlıq gətirilib. Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana sülh prosesinin əldə edilməsi üçün bəyanatın müdəalarının icrası üçün çağırışlar edilib. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində Ermənistanın və onun havadarlarının çirkin əməllərini ifşa edib: “Azərbaycan işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq istəyirdi. Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər”.

Vətən müharibəsindən sonra vasitəçilərin dəstəyi ilə bir neçə dəfə Azərbaycan və Ermənistan rəhbərliyinin üçtərəfli və ikitərəfli görüşləri keçirilib. Xüsusən ötən il Praqada sülh üçün mühüm irəliləyiş əldə olunub. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe sərgilməsi bu kimi razılaşmaların davamlı olmasına imkan vermir. Əsas məsələ Ermənistanın sülhə getməsidir. Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri çərçivədə bu işləri davam etdirmək mümkündür. Bu istiqamətdə Azərbaycan siyasi iradə nümayiş etdirir. Ermənistan tərəfində isə bu ardıcılıq yoxdur. Ermənistan rəhbərliyi öz məsuliyyətini hələ də başa düşmür. Ona görə də son zamanlar danışıqlar prosesinə mane yaradan və  Azərbaycanın suverenliyinə hədə olan əsassız iddialarla çıxış edir. Azərbaycan tərəfi isə hər zaman Ermənistandan verilən əsassız iddiaları pisləyib. Prezident İlham Əliyevə müraciətində “Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq” deyərək bunun nəticəsinin nə olacağını və bunu Ermənistan və onun arxasında duran riyakar ölkələrin yaxşı bilməli olduğunu vurğulayıb: “Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var”.

Hazırda Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşmasına nail olmaq üçün səy göstərir. Məsələ burasındadır ki, həm Azərbaycan, həm də Ermənistan Rusiyaya yaxın dövlətlərdir. Rəsmi Moskva istəsə də, istəməsə də bu iki ölkə arasındakı problemlərdən və ziddiyyətlərdən kənarda qala bilməz. Rusiya rəsmiləri hər zaman bəyan edirlər ki, məsələnin sülh yolu ilə həllinə töhfə verməyə hazırdırlar. Prezident İlham Əliyev isə konkret deyir ki, yeni reallıqları hər kəs qəbul etməlidir: “İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır”.

 Bu gün Azərbaycan Qafqazın sakit və davamlı inkişaf edən region olmasında maraqlıdır. Hər halda Ermənistandan başqa bütün region ölkələri bunu istəyir. Azərbaycan çalışır ki, Ermənistanı sülhə gəitrsin. Məcubiri şəkildə də olsa Azərbaycan bunu edəcək. Fikirmizcə, digər region ölkələri də Ermənistanın sülhə doğru addım atmasına çalışmalıdırlar.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər