BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

  Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı müasir dövrümüzdə ölkəmizin inkişafını təmin etməklə yanaşı, onun təhlükəsizliyi yüksək səviyyədə qorunur, qarşıda duran bütün əsas vəzifələr uğurla icra edilir. Hədəflər düzgün müəyyən edildiyindən qarşıya qoyulan məqsədlər öz həllini tapır. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modelinin yaranması da əbəs deyildi. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Azərbaycanın gücü 30 ilə yaxın müddətdə Ermənistanın işağalı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad edilməsi ilə nəticələndi. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda, yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, Azərbaycanın yaratdığı yeni reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır.

      Bütün bunlarla yanaşı, demokratik ənənələrə sadiq olan Azərbaycanın siyasi sistemində sağlam müxalifətçiliyin olması da münasibətlərdə sağlam dialoq mühitini formalaşdırıb. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu siyasi qüvvələr arasında münasibətlərin inkişafına təsirini göstərib. Ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə aparılan milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasət böyük əhəmiyyət kəsb edir. Belə bir sağlam mühitdə bütün siyasi qüvvələr ölkəmizin inkişafı naminə səylərini birləşdirməlidirlər. Sözsüz ki, iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə çıxması Azərbaycanın işıqlı gələcəyinə öz töhfələrini verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır." Cənab Prezident hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərin olmasına ehtiyacımızın olduğunu bildirib. Əlbəttə ki, milli birlik, həmrəylik uğurları şərtləndirən amillər sırasındadır. "Siyasi partiyalar haqqında" yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü kimi diqqəti çəkmədi. Bu həm siyasi dialoqun, əməkdaşlığı müstəviyə çıxaran ali siyasi iradənin təzahürüdür. Söz yox ki, dövlət başçısının təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

    Azərbaycan hakimiyyəti hər zaman öz demokratik dəyərlərinə sadiq qalaraq dialoqa, əməkdaşlığa açıqdır. Demokratik inkişaf yolunda inamla addımlayan, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycanda davamlı olaraq siyasi sistemin inkişafına xidmət edən çox mühüm addımlar atılır, ardıcıl islahatlar reallaşdırılır. Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan siyasi dialoq getdikcə daha dönməz xarakter alır. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan partiyalar üçün ofislərin ayrılması və bu kimi digər tədbirlər proseslərə güclü təkan verib. "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var", - deyə Cənab Prezident bildirib.

     Qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət öz siyasi fəaliyyətlərində olan nöqsanları aradan qaldırmaq imkanı yaratmışdır. Ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi birləşməsi vacib məsələlərdəndir. Demokratik ölkədə müxtəlif məsələlərdəki fikir fərqliliyi plüralizm və demokratiyanın elementlərindən biridir. Əlbəttə ki, müxalifətçilik dövlətə və dövlətçiliyə qarşı çıxmaq deyil. Ölkədə siyasi dialoq mühitinin qorunub saxlanması və inkişafı siyasi qüvvələr arasında münasibətlərinin qorunmasına xidmət edir. Hər bir siyasi partiya cəmiyyətin ümumi inkişafına öz töhfəsini verməlidir.

 

 

Fuad Hüseynzadə,

Binəqədi RİH yanında İctimai Şuranın katibi, jurnalist

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər