BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün, martın 29 tanınmış ziyalı, ictimai xadim Arif İbrahimov 70 illik yubileyini qeyd edir.

İbrahimov Arif İbrahim oğlu 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.

İxtisasca şərqşünas olan A.İbrahimov 1973-1980-cı illərdə Əfqanıstanda hərbi xidmətdə olmuşdur.
Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsi tərəfindən xüsusi medal ilə təltif olunmuşdur.

1980-1982-ci illərdə Azərbaycan dövlət tele-radio komitəsində redaktor, 1982-1990 illərdə Asiya və Afrika Ölkələri Yazıçıları ilə Azərbaycan Həmrəylik Komitəsinin məsul katibi vəzifəsində çalışmışdır.

1989-cu ilin avqustunda Sovet Azərbaycanında yeni təsis olunmuş “Qarabağa Xalq Yardımı Komitəsi”nin əsasnaməsinin hazırlanmasında yaxından iştirak etmişdir.

1990 – 2006 Azərbaycan Ədəbiyyat Fondunun sədri və Beynəlxalq Ədəbiyyat Fondu Rəyasət Heyətinin üzvü kimi kimi Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfə vermişdir.

Bu illər ərzində A.İbrahimovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş nəşrlər sırasında xüsusilə 2003-cü ildə dərc olunmuş Heydər Əliyevin Azərbaycan ədəbiyyatına verdiyi töhvədən bəhs edən “Ədəbiyyatımız milli sərvətimizdir” kitabını qeyd etmək olar.
Kitabın ərsə gəlməsi həmin dövrdə baş tutmuş prezident seçkiləri ərəfəsində Azərbaycan ziyalılarının Heydər Əliyev kursunun davam etdirilməsinin dəstəkləməsi rəmzi olmuşdur.

2005 ildə Moskva şəhərində A.İbrahimovun təşəbbüsü ilə vaxtı ilə ona dərs demiş Azərbaycan ziyalısı Mir-Cəlal Paşayevin əsərlər toplusunun rus dilinə tərcüməsi dərc edilmiş, geniş Rusiya ictimaiyyətinə təqdim olunmuşdur.

2007-2012 Azərbaycan – Gürcüstan əməkdaşlıq əlaqələrinin inkişafına yönəlmiş “Geoturan” Fondunun təsisçisi və sədri kimi iki dost ölkənin mədəniyyət sahəsində əlaqələrinin möhkəmlənməsi istiqamətində müxtəlif layihələr həyata keçirmiş, Azərbaycan müəlliflərinin əsərlərinin gürcü dilində dərc etdirmişdir. Tbilisi şəhər meriyası tərəfindən “Gürcüstan mədəniyyətinin dostu” medalı ilə təltif olunmuşdur.

2011-2014 illərdə Azərbaycan Peşəkar Boks Federasiyasının Prezidenti olmuşdur. Həmin dövrdə federasiyanın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “EBA” Avropa kəməri üzrə beynəlxalq boks turniri keçirilmişdir.

Müxtəlif illərdə Azərbaycan diasporunun həyatından bəhs edən bir neçə mətbu orqanın təsisçisi və baş redaktoru olmuşdur.

Arif İbrahimov tutduğu hər bir vəzifədə əsas missiyası kimi humanitar sahədə Azərbaycanın beynəlxalq əlaqələrinin və xarici ölkələrlə dostluq münasibətlərinin inkişafında, Azərbaycan həqiqətlərinin çatdırılmasında və ölkəmizin layiqli tanınmasında görmüşdür.

Son illər Arif İbrahimov bədii yaradıcılıqla məşquldur. Yaxın Şərq tarixi və İslam mədəniyyəti haqqında bədii kitabların müəllifidir.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər