BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“İsrail Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Qarabağ müharibəsinin ilk illərindən biz bu dəstəyin şahidi olmuşuq. Qarabağ müharibəsində yəhudi qardaşlarımız bizimlə çiyin-çiyinə döyüşüblər. Onların arasında yaralanan, şəhid olanlar var. Biz 44 günlük Vətən Müharibəsində də biz İsrailin dəstəyini gördük. Bu mənada  Azərbaycanın İsraildə səfirliyinin açılması vacib idi”.

Bunu saytımıza açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, Təl-Əvivdə İsrail səfirliyinin açılması sıradan bir siyasi hadisə deyil: “Bu, mühüm siyasi-tarixi əhəmiyyət kəsb edən məsələdir. Əslində İsrail-Azərbaycan münasibətlərinin kökü uzun illər öncəyə gedib çıxır. Azərbaycanda çoxlu sayda yəhudi yaşayır. Biz onlarla qardaş kimi olmuşuq, qaynayıb-qarışmışıq. Azərbaycanda yaşamış və yaşayan yəhudilər hər zaman milli adət-ənənələrimizə hörmətlə yanaşıblar. Bu gün də onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanı özlərinə vətən bilirlər, onun adət-ənənələrini yaşadırlar. Azərbaycan xalqı və dövlətimiz onlara hər zaman isti münasibət sərgiləyib, dəstək olmuşuq. İsrail dövləti ilə iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlıq edirik”.

Politoloq düşünür ki, Təl-əvivdə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında əlaqələri daha da gücləndirəcək: “İsrail dünyanın iqtisadi və hərbi baxımdan inkişaf etmiş ölkələrindəndir. Azərbaycan sahibkarlarının, iş adamlarının İsraillə ticari əlaqələr yaratmaları daha da asanlaşacaq. İqtisadiyyatımız bu əlaqələrdən bəhrələnəcək. Çox yaxşı olardı ki, İsrail və Azərbaycan vətəndaşlarının qarşılıqlı şəkildə vizasız gediş-gəlişi mümkün olsun.  İki ölkənin iş adamlarına qarşılıqlı şəkildə güzəşt tətbiq edilsin.  Çox istərdim ki, işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə də arazkənarı rayonlarımızda İsrailin konsulluğu, yaxud mədəniyyət mərkəzi açılsın. Azərbaycan xalqı bunu istəyir. Hesab edirəm ki, iki ölkə arasındakı əlaqələr təkcə yeni səfirliyin açılmasından ibarət olmayacaq. Bu proses daha da inkişaf etdirilməlidir”.

R.Alıyev onu da qeyd etdi ki, Azərbaycanın İsraildə səfirlik açması hansısa üçüncü ölkəyə qarşı yönəlməyib: “Bunu həm İsrailin, həm də Azərbaycanın dövlət rəsmiləri vurğulayıblar. Səfirliyimizin açılması heç bir dövləti qıcıqlandırmamalıdır. Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla sıx əməkdaşlıq edənlər bundan təəccüb etməməlidirlər.  30 il Azərbaycan ərazilərindəki məscidlərdə donuz yaxlayan ermənilərlə qardaşlıq edən, tarixi Azərbaycan ərazisi olan Qafanda konsulluq açan “müsəlman qonşumuz” Azərbaycan-İsral dostluğunu həzm etməlidir. Onlar İsrailin Cəbrayıl, Zəngilan rayonlarında konsulluq, mədəniyyət mərkəzi açmasına da hazır olmalıdır”

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər