BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Ekofəalların aksiyasının başlama səbəbi Qarabağ ərazisində yerləşən faydalı qazıntı yataqlarında monitorinqlərin həyata keçirilməsi tələbi ilə çıxış edən Azərbaycan tərəfinə imkan yaradılmaması idi. Bu məqsədlə yaradılmış monitorinq qrupunun həmin əraziyə buraxılmaması üçün Ermənistan tərəfindən göstərilən cəhdlər, eyni zamanda sülhməramlı qüvvələrin bu məsələ ilə bağlı hər hansı bir tədbir görməməsi Azərbaycan ictimaiyyətini, ekofəalları aksiyaya sövq etdi. Aksiyadan sonra Qarabağ ərazisində Qızılbulaq qızıl yatağı, Dəmirli mis yatağında Ermənistanın qeyri-qanuni gördüyü işlərə tam nəzarəti bərpa etmək üçün önəmli addımlar atıldı”. Bu sözləri SİA-ya açıqlamasında “Cəmiyyətin İnkişafı” Mərkəzinin sədri Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, bu aksiyanın digər bir məqsədi də Qarabağa ermənilər tərəfindən qanunsuz şəkildə silah-sursatın daşınmasının qarşısınının alınması və ora gedən avtomobillərin hərəkətini nəzarətdə saxlamaq idi: “Bu məsələni körükləyən, aqressivlik nümayiş etdirən tərəf də Rusiyanın vassalı, məşhur fırıldaqçı Ruben Vardanyan idi. Təbii ki, Vardanyan o əraziyə boş yerə göndərilməmişdi. Onun missiyası vəziyyəti gərginləşdirməkdən, o ərazinin Azərbaycanın tam nəzarəti altına keçməsinin qarşısını almaqdan və bu prosesi uzatmaqdan ibarət idi. Məhz elə bu fəaliyyətin nəticəsidir ki, həmin ara qarışdıran Qarabağdan uzaqlaşdırıldı. Bu bir üstünlük oldu ki, Vardanyan missiyasını müəyyən mənada yerinə yetirə bilmədi”.

Sədr sözlərinə davam edərək bildirib ki, ekofəalların aksiyasının nəticəsi olaraq bu yol vasitəsi ilə silah-sursat daşınmasının qarşısı alındı: “Daha sonra Ermənistan tərəfi artıq alternativ yollar axtarmağa və o yollardan istifadə etməyə başladı. Bu da bizim yeni bir müstəviyə keçməyimizə səbəb oldu. Yəni, bunun özü də bir müsbət nəticədir. Artıq həmin alternativ yoldan silah-sursat daşınmasının qarşısını almaq üçün tədbirlər görülməyə başlandı. Görülən tədbirlər də öz nəticəsini verdi. Demək olar ki, həmin ərazilər də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi.

Bu aksiyalar nəticəsində istər Avropa İttifaqı, istərsə də ayrı-ayrı dövlətlər tərəfindən bizə qarşı təzyiqlər artdı. Bu məsələdə bizə qarşı müəyyən qərarlar da qəbul edildi. Göstərilən təzyiqlərin heç bir nəticəsi olmadı. Bu o deməkdir ki, biz tutduğumuz yolda haqlıyıq. Beynəlxalq aləmə də bu aksiyaların məqsədi və məramını izah etməyi bacardıq”.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər