BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dördgünlük müharibə”dən dörd il sonra tarixi ədalət bərpa olundu

Nurlan Qələndərli

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

 

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik dövrü xalqımızın çoxəsrlik dövlətçilik tarixini zənginləşdirən zirvə hadisələri ilə əlamətdardır. İstər daxili, istərsə də xarici siyasətdə əldə olunan nəticələr Azərbaycan dövlətinin qüdrətinin artmasında, siyasi, iqtisadi, mədəni, diplomatik və hərbi müstəvidə mühüm uğurların - strateji nailiyyətlərin qazanılmasında öz ifadəsini tapır. Bunlardan biri də Azərbaycan Ordusunun gücünü, xalqımızın sarsılmaz həmrəyliyini - milli mübarizə ruhunu əks etdirən Aprel döyüşləridir.

- 2-5 aprel 2016-cı il tarixində baş verən Aprel döyüşləri Azərbaycanın siyasi iradəsini - Ermənistanın işğalçı, dünya birliyinin isə ikili standartlar siyasəti ilə heç vaxt barışmayacağını göstərən tarixi hadisə idi. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışırdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin çoxsaylı canlı qüvvə, texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması Ermənistanın niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri o zaman status-kvonun qəbuledilməzliyini qətiyyətlə ifadə edən Azərbaycanın düşmənə layiqli cavab vermək əzmində və iqtidarında olduğunu göstərdi;

- Azərbaycan Ordusunun şanlı Aprel qələbəsindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional təhlükəsizlik üçün ciddi təhdiddir;

- Aprel döyüşləri erməni təbliğat maşınının “Ermənistan ordusunun gücü” haqqında formalaşdırdığı mifi dağıtdı. Bundan sonra elə Ermənistanın hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri öz ölkələrinin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərdilər. Yəni 2016-cı ilin Aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin təcavüzkar siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi;

- Aprel döyüşləri, eyni zamanda, sarsıdıcı zərbə kimi Ermənistanda hərbi xunta rejiminin çökməsində mühüm rol oynadı;

- Ən əsası, Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, Azərbaycanın şanlı hərb salnaməsinə düşən tarixi Zəfərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.

- Aprel döyüşlərindən 4 il sonra Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalətin bərpası təmin edildi. Prezidentimiz dəfələrlə qeyd etmişdi ki, işğalçılar torpaqlarımızı tərk etməsələr, Azərbaycan Ordusu onların başını əzəcək. Cənab İlham Əliyevin sözünün imzası qədər dəyərli - keçərli olduğu növbəti dəfə sübut edildi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, Liderimizin qalib dövlətin başçısı kimi imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ermənistan üçün biabırçı kapitulyasiya aktı oldu! Azərbaycan 44 günlük müharibədə tarixi qələbə qazanaraq ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı.

İstər 4 günlük Aprel döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsi tariximizin şanlı qürur səhifəsi, iftixar mənbəyidir. Bu reallıqlar, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qalib Azərbaycanın sarılmaz qüdrətinin ifadəsidir!

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər